Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun “Cuvarlı və Cuvarlılar” adlı kitabı bu günlərdə çapdan çıxıb. Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır.
   Kitab Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Cuvarlı kəndindən (Füzuli rayonu) və Cuvarlılar (Cuvarlinskilər) soyunun ömür yolundan bəhs edir. Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Cuvarlı kəndində baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.
   Nəşrdə Qarabağın zəngin, maraqlı və dramatik keçmişə malik Cuvarlılar soykökünün təxminən 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə araşdırılıb. Eyni zamanda kəndin əsasını qoyan Cuvarlılar nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi istedadlı sənətkarlardan, görkəmli elm, incəsənət xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir. 

   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar