![](/img/news/700x420/2542.jpg)
Müsabiqə barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun sözlərinə görə, Eyvaz Abbasov (İsmayıllı) tar ifaçılığı üzrə I, Aqil Məmmədov (Gədəbəy) saz ifaçılığı üzrə II, Pərviz Mirzəyev (Şamaxı) zurna ifaçılığı üzrə III yerə layiq görülüblər. Daha dörd nəfər - Kamil Məmmədov (Ağdam), Taleh Əliyev (Ucar) nağarada, Kamran Teymurov (Sumqayıt), Allahverdi Abdulrəhimov (Şəki) tarda ifasına görə həvəsləndirici mükafat alıblar. Məlumat üçün deyək ki, milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi iki ildən bir keçirilir. Builki müsabiqədə Azərbaycanın bütün bölgələrindən istedadlar iştirak edib. Qaliblər ikinci tura vəsiqə qazanmış 65 istedadlı yeniyetmə və gənc arasından seçilib.