Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən milli musiqi alətləri ifaçılarının V Respublika müsabiqəsinə yekun vurulub. Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq, musiqi mədəniyyəti tariximizdə əvəzsiz yeri olan milli musiqi alətlərinə həvəs və marağı artırmaq, yeni istedadlı ifaçıları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqənin yekun turu mayın 16-dan 19-dək davam edib. Xalq artisti Ağaverdi Paşayevin sədrlik etdiyi münsiflər heyətində xalq artistləri Ağasəlim Abdullayev, Sadıq Zərbəliyev, sənətşünaslıq namizədi Arif Əsədullayev və s. təmsil olunurdu.
   Müsabiqə barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun sözlərinə görə, Eyvaz Abbasov (İsmayıllı) tar ifaçılığı üzrə I, Aqil Məmmədov (Gədəbəy) saz ifaçılığı üzrə II, Pərviz Mirzəyev (Şamaxı) zurna ifaçılığı üzrə III yerə layiq görülüblər. Daha dörd nəfər - Kamil Məmmədov (Ağdam), Taleh Əliyev (Ucar) nağarada, Kamran Teymurov (Sumqayıt), Allahverdi Abdulrəhimov (Şəki) tarda ifasına görə həvəsləndirici mükafat alıblar. Məlumat üçün deyək ki, milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi iki ildən bir keçirilir. Builki müsabiqədə Azərbaycanın bütün bölgələrindən istedadlar iştirak edib. Qaliblər ikinci tura vəsiqə qazanmış 65 istedadlı yeniyetmə və gənc arasından seçilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar