İyunun 8-də Belqradda Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın mədəniyyət, mətbuat və informasiya cəmiyyəti naziri Predraq Markoviç imzalayıblar. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa Çiriç imzalayıblar. Bundan əlavə, iki ölkə arasında təhsil, gənclərlə iş və idman, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, nəqliyyat və s. sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar