Azərbaycan
   
   10 yanvar (bəzi mənbələrdə 25 yanvar) 1838 - Bakı milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838 - 1.9.1924) anadan olub. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı naminə böyük işlər görüb. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb Tağıyevin adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) onun köməyi sayəsində fəaliyyət göstərib.
   10 yanvar 1928 - Memar Ələsgər Nurəli oğlu Hüseynov (1928-3.5.1976) anadan olub.
   10 yanvar 1929 - Tanınmış dilçi alim, akademik Afad Məhəmməd oğlu Qurbanov (1929-2009) Qərbi Azərbaycanın (indiki Ermənistan) Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.
   10 yanvar 1932 - Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abasova (1932-12.2.2009) anadan olub. 1977-1991-ci illərdə Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
   10 yanvar 1938 - Məşhur bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub. “Yanan laylalar” operasının (libretto - Ramiz Heydər), populyar mahnı (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.) və romansların müəllifidir.
   10 yanvar 1948 - Əməkdar artist Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bicov kəndində anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1986-cı ildən Milli Dram Teatrında fəaliyyət göstərir. “Cavad xan” (Alban keşişi) filmində çəkilib.
   10 yanvar 1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub. 20 Yanvara həsr olunmuş “Şəhidlər” kitabının, sənədli və cizgi filmlərinin ssenari müəllifidir.
   10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 - 28.11.2011) Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.
   10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqi yazılıb.
   10 yanvar 1956 - Populyar müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.
   10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. 1939-cu ildən Milli Dram Teatrında çalışıb, filmlərdə (“Lətif”, 1930) çəkilib.
   
   11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
   11 yanvar 1994 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (Bakı, Əmircan, 8.3.1940 - 1994) vəfat edib. "Azərbaycanfilm"də çalışıb. Quraşdırılmış səhnələrin operatoru: “Alma almaya bənzər”, “Qızıl uçurum”, “Qanlı zəmi”, “Fəryad” və s.
   
   12 (yeni təqvimlə 25) yanvar 1908 - Böyük bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi.
   12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.
   12 yanvar 1928 - Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli anadan olub. Estetika və bədiilik məsələlərinə dair tədqiqat əsərlərinin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
   
   13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. Stalin repressiyasının qurbanı olub.
   13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” (eyni zamanda Niyaz rolunun ifaçısı), “Gənc qadının kişisi”, “Girişmə, öldürər!” və s.
   13 yanvar 2003 - Xalq artisti, görkəmli müğənni Mirzə (Mirzəağa) Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Müğənnilik fəaliyyəti ilə yanaşı, bir çox filmlərdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah və s.) maraqlı obrazlar yaradıb.
   
   14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Milli teatrımızda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır.
   14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   Dünya
   
   10 yanvar 1827 - İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox; 1827 - 1902) anadan olub.
   10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. Əsərləri: “I Pyotr”, "Əzablı yollarla", "Mühacirlər", “Mühəndis Qarinin hiperboloidi” (romanlar), "Aelita", "Gürzə", "Qraf Kaliostro" (povestlər), “Qızıl açar və ya Buratinonun macəraları” (nağıl) və s.
   10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.
   
   11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6. 1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.
   11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.
   
   12 yanvar 1628 - Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
   12 yanvar 1876 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer) Vyanada anadan olub. 103 yaşlı aktrisa hazırda həyatda olan ən qocaman “Oskar” (1936 və 1937-ci illərdə layiq görülüb) laureatıdır.
   12 yanvar 1936 - Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.
   12 yanvar 1949 - Yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.
   
   13 yanvar 1931 - Rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə (1938-2009) birgə məşhur detektiv əsərlərin müəllifidir. Əsərləri: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın İncili” və s.
   13 yanvar 1937 - Gürcü aktrisası, Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib.
   
   14 yanvar 1818 - Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.
   14 yanvar 1895 - Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
   14 yanvar 1911 - Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Bürünc quş”, “Ağır qum” və s. romanların müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar