Xalqımızın milli-azadlıq mübarizəsinin unudulmaz səhifəsi olan 20 Yanvardan 23 il ötür. Daha neçə illər və onillər keçsə də, Vətən qəhrəman övladlarını heç zaman unutmayacaq. 1990-cı ilin 20 Yanvarında xalqımız Azərbaycanın dövlət suverenliyi uğrunda mübarizədə ilk şəhidlərini verdi. Qanlı Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı. Xalqımız bu günü milli hüzn və qürur günü kimi qeyd edir. Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı müqəddəs məkan, and yerimizdir.