Berlində rəsm sərgisi
   
   Fevralın 24-də Dünya Azərbaycanlı Gənclər Birliyinin, Rəssamlar İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Berlin-Bakı” rəsm qalereyasında “Xocalı soyqırımı gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi açılacaq.
   Dünya Azərbaycanlı Gənclər Birliyindən bildiriblər ki, sərgidə Rəssamlar İttifaqının gənc üzvlərinin, Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin müxtəlif janrlarda hazırladıqları əsərləri nümayiş olunacaq. Sərgidə Almaniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlərinin, diplomatik korpusun nümayəndələrinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların iştirakı gözlənilir.