Azərbaycan
   
   26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.
   26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində tarixin ən dəhşətli qətliamlarından - Xocalı soyqırımı baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər. Şəhərdə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.
   
   27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova anadan olub.
   
   28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib.
   28 fevral 1908 - Dilçi alim, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-17.8.1965) anadan olub.
   28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918-4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib, bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
   28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925-2004) vəfat edib.
   
   Dünya
   
   26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.
   26 fevral 1759 - Alman filosofu, ədəbiyyatşünas, iqtisadçı Lüdviq Henrix fon Yakob (Ludwig Heinrich von Jakob; 1759-1827) anadan olub.
   26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» (romanlar), “Kromvel”, “Ernani”, “Mariya Tüdor” (pyeslər) və s. əsərlərin müəllifidir.
    26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda violonçel məktəbinin, ilk simli kvartetin yaradıcılarından biri olub. Oğlu, dünya şöhrətli violonçelçi Mstislav Rostropoviç Bakıda (1927) doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb.
   
   27 fevral 1807 - Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
   27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12. 1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
   27 fevral 1912 - İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell, 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
   27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
   27 fevral 1932 - Dünya şöhrətli Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932-23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.
   27 fevral 1945 - Tanınmış Polşa aktyoru Daniel Olbrıxski anadan olub.
   27 fevral 1957 - Rusiyanın Xalq artisti, aktrisa Tatyana Doqileva anadan olub. “Fleyta üçün unudulmuş melodiya”, “İki nəfər üçün vağzal” və s. filmlərdə çəkilib.
   
   28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.
   28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. İsa peyğəmbər və həvariləri haqqında kitabların müəllifidir.
   28 fevral 1866 - Rus şairi, simvolizmin nümayəndəsi, filosof və ədəbiyyatşünas Vyaçeslav İvanoviç İvanov (1866-1949) anadan olub.
   28 fevral 1892 - Türkiyə aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.
   
   28 fevral 1893 - Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.
   28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar