Azərbaycan
   
   1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
   1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb.
   1 mart 1945 - Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub.
   1 mart 1948 - Şair, yazıçı, publisist, tərcüməçi, riyaziyyatçı alim Hamlet İsaxanlı anadan olub.
   1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas, ssenarist Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Dərslik və monoqrafiyaların müəllifi, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   
   2 mart 1828 - Tarixçi Cavanşir Cəfərqulubəy oğlu Əhmədbəy (1828-9.1.1903) anadan olub.
   2 mart 1945 - Tərcüməçi, nasir, publisist, dilçi alim, professor Zeydulla Abdulla oğlu Ağayev anadan olub.
    2 mart 1992 - BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında Azərbaycan Respublikası keçmiş SSRİ-nin daha 7 respublikası ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub.
   
   3 mart 1873 - Mədəniyyət və maarif xadimi, tərcüməçi Abdulla İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev, 1873-1928) anadan olub.
   3 mart 1875 - Tanınmış memar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Cümhuriyyət hökumətlərində xarici və daxili işlər nazirləri postlarını tutub. 1920-ci ilin aprelində Azərbaycan kommunistlərinə qoşulub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə güllələnib.
   3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.
   3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926-2.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. Məhəmmədhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.
   3 mart 1928 - Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928-22.9.1992) anadan olub.
   3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.

   4 mart 1919 - Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Gözəl memarlıq nümunələri olan bu binalarda bu gün müxtəlif qurum və müəssisələr (AMEA-nın Rəyasət Heyəti (“İsmailiyyə”), Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir. 

   Dünya
   
   1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.
   1 mart 1888 - Ukrayna-sovet yazıçısı, görkəmli pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. “Pedaqoji poema” romanının müəllifidir. 1930-cu ildə Bakıya gələrək Bibiheybət neftçilərinin həyatı ilə tanış olub, bu səfəri “30-cu ilin marşı” povestində təsvir edib.
   1 mart 1892 - Məşhur yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.
   1 mart 1963 - Məşhur alman estrada müğənnisi Tomas (Thomas) Anders (əsl adı Bernd Weidung) anadan olub. Ötən əsrin 80-ci illərində «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb.
   
   2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
   2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.
   2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
   2 mart 1936 - SSRİ Xalq artisti, teatr və kino aktrisası İya Sergeyevna Savvina (“Qaraj” kinokomediyasında Akinfeyeva) anadan olub.
   2 mart 1962 - Məşhur amerikalı musiqiçi, “Bon Jovi” qrupunun yaradıcısı, aktyor Con Bon Covi (John Francis Bongiovi - Jon Bon Jovi) anadan olub.
   2 mart 1968 - İngilis aktyoru, “Agent 007” haqqında filmlərdə Ceyms Bond rolunun ifaçısı Deniel Rafton Kreyq (Daniel Wroughton Craig) anadan olub.
   
   3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
   3 mart 1899 - Rus yazıçısı, şair, dramaturq Yuri Karloviç Oleşa (1899-1960) anadan olub. “Üç gombul” nağıl-povesti ilə tanınır.
   3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Böyük Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Peter Abrahamsın “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
   3 mart 1925 - Rusiyanın Xalq artisti, aktrisa Rimma Vasilyevna Markova anadan olub.
   
   4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
   4 mart 1865 - Eston realist ədəbiyyatının banilərindən biri, yazıçı-dramaturq Eduard Vilde (1865-1933) anadan olub.
   4 mart 1877 - Amerikalı ixtiraçı Emil Berliner ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.
   4 mart 1908 - Rus yazıçısı Boris Nikolayeviç Polevoy (1908-1981) anadan olub. “Əsl insan haqqında povest” ilə məşhurdur.
   4 mart 1925 - Məşhur fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb. 
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar