Azərbaycan
   
   5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
   5 mart 1936 - Tanınmış ədəbiyyatşünas, professor, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
   5 mart 1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub. Kitabları: “Süsən-sünbül”, “Xocalıda görüşərik”, “Dünyadan böyük eşqim” və s.
   5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı Qubada doğulub. Kitabları: "Tarixin qara səhifələri", “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
   5 mart 1956 - Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.
   5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız”, “Milli bomba” və s.) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.
   
   6 mart 1920 - Ədəbiyyatşünas Yəhya Qasım oğlu Seyidov (1920-4.12.1980) Ordubadda anadan olub.
   6 mart 1931 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
   6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884-1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, həmin il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, mətbu orqanlarda yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.
   
   7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s. 
   7 mart 1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-31.5.1983) anadan olub.
   7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdıb və orada dünyasını dəyişib.
   7 mart 1929 - Dilçi alim, türkoloq, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.
   7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945-15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
   
   Dünya
   
   5 mart 1922 - İtalyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
   5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərinin, ilk türk seriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.
   
   6 mart 1475 - İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 1475-18.2. 1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
   6 mart 1619 - Fransız dramaturqu, filosof, şair, yazıçı, elmi fantastikanın banilərindən biri Savinyen Sirano de Berjerak (Hercule Savinien Cyrano de Bergerac, 1619-1655) anadan olub.
   6 mart 1889 - Özbəkistanın Xalq şairi, dramaturq, ictimai xadim Həmzə Həkimzadə Niyazi (1899-1929) anadan olub.
   6 mart 1926 - Polyak rejissoru Anjey Vayda (polyakca Andrzej Wajda) anadan olub. “Kül və almaz”, “Nastasya” və s. filmlərə quruluş verib.
   6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı”, “Taun xəstəliyi zamanı sevgi” və s.
   
   7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
   7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani; 1908-1973) anadan olub.
   7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
   7 mart 1941 - Rusiyanın Xalq artisti Andrey Aleksandroviç Mironov (Menaker; 1941-16.8.1987) anadan olub. Filmləri: “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s. 
      
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar