Prezident İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanılıb. Bildirilib ki, bu ilin sonunda istifadəyə veriləcək parkda Heydər Əliyev İctimai Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompyuter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcək. Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada “Ana və uşaq” kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar