İyulun 7-də prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Prezident əvvəlcə şəhərdə görüləcək yenidənqurma və abadlıq işlərini əks etdirən stendlərə baxıb. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına görüləcək işlərlə bağlı məlumat verib.
Prezident ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat alıb.
Daha sonra prezident Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Prezident Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun, Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə maraqlanıb.