Şüşanın işğalından 21 il ötdü
   
    Mayın 8-də Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur.
   Qədim qala-şəhərimizin bizim üçün dəyər-qiyməti sadəcə onun coğrafi baxımdan strateji əhəmiyyətində, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini nümayiş etdirən mühüm yaşayış məntəqəsi olmasında deyil.
   Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir.
   Şuşanın təbiəti, yaşıl örpəkli dağları, buz bulaqları, istirahət guşələri Azərbaycandan çox-çox uzaqlarda da məşhur idi. Artıq 21 ildir ki, o səfalı dağlar sis-duman içində, o yerlər bizim üçün əlçatmazdır.