Prezident İlham Əliyev iyulun 7-də Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb. Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etməli, obyektin tikintisi üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirməlidir.
   Nazirlər Kabinetinə kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar