Azərbaycan
20 sentyabr 1993 - Tanınmış kinorejissor, ssenarist Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.
21 sentyabr 1959 - Tanınmış ədəbiyyatşünas alim, professor, AMEA-nın müxbir üzvü Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Mədəniyyət daimi komitəsinin sədridir.
22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. "Nicat" (1906), "Səfa" (1912) və "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (1909 - 6.8.1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekranlara çıxıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
22 sentyabr 1929 - Tanınmış publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929-16.5.2005) Türkiyədə anadan olub. Ailəsi 1924-cü ildə qardaş ölkəyə mühacirət etmişdi. M.Ə.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyində fəallıq göstərən Ə.Qaraca 1955-ci ildən quruma rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929-30.11.1997) anadan olub. BDU-nun professoru, politologiya və sosiologiya kafedrasının müdiri olub.
22 sentyabr 1964 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876 Şuşa -1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Sevil ("Sevil", F.Əmirov) və s.
23 sentyabr 1929 - Yazıçı Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: “Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim" povestləri və s.
23 sentyabr 1929 - Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929-4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyinin müəllifidir. Azərbaycan Pedaqoji Universitetində professor, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasının direktoru (1995-2001) olub. "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjet çəkib.
23 sentyabr 1969 - Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969-20.1.1990) anadan olub.
23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" və s. pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri, “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, Qara Qarayevin “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.
23 sentyabr 1989 - Respublikanın SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib.
Dünya
20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri oldu.
20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
20 sentyabr 1934 - İtalyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.
21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
21 sentyabr 1866 - İngilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub.
21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
22 sentyabr 1694 - İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
22 sentyabr 1875 - Məşhur rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çürlenis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.
22 sentyabr 1893 - Görkəmli rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
22 sentyabr 1938 - Məşhur Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-13.6.1986) anadan olub.
23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
23 sentyabr 1913 - Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.
23 sentyabr 1920 - Amerika kinoaktyoru, ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından) «Ginnesin rekordlar kitabı»na düşən Mikki Runi (Mickey Rooney) anadan olub. Filmləri: “Tiffaninin yanında səhər yeməyi”, “Bu sərsəm, sərsəm, sərsəm dünya” və s.
23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.
23 sentyabr 1938 - Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.
Hazırladı: Vüqar Orxan