İki ölkə arasında mədəni əməkdaşlıq, beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunacaq
  
   Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 28-də Bakıya səfərə gələcək.
    Səfər çərçivəsində rumıniyalı nazirin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulub. Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə olunacaq, eləcə də, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
   Səfər zamanı nazir Hunor Kelemen Bakıda Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Dövlət İncəsənət Muzeyinə baş çəkəcək, İçərişəhər Dövlət Qoruğu ilə tanış olacaq. Rumıniyalı nazirin həmçinin Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalında qonaq qismində iştirakı planlaşdırılır.