Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
   Fərmanda Nazirlər Kabinetinə sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sloveniya hökumətini xəbərdar etmək tapşırılıb.
   Qeyd edək ki, saziş 2011-ci il iyunun 9-da Lyublyanada imzalanıb.