“Belə bir festivalın təşkili iqtisadi inkişaf və müasirlik baxımından çox şeydən xəbər verir”
   
   “Festival musiqisevərlər üçün əslində Qəbələyə gedən yollardan başlanırdı. Yüksək dağlıq ərazilərin füsunkar təbiəti, dolanbac yollar, yaşıl meşələr və musiqi... Dağların əhatəsində açıq hava festivalı ildən ilə daha da böyüyür və məşhurlaşır.” Bu fikirlər Rusiyanın nüfuzlu mətbu orqanlarından sayılan “Nezavisimaya qazeta”da Qəbələ III Beynəlxalq Musiqi Festivalı haqqında dərc olunan məqalədə yer alıb.
   Qəbələ III Beynəlxalq Musiqi Festivalı başa çatsa da, festivalın təşkili, proqramı və gedişatı hələ də xarici mətbuatda geniş işıqlandırılır. “Nezavisimaya qazeta”nın əməkdaşı Marina Qaykoviç qəzetin növbəti buraxılışının mədəniyyət səhifəsini demək olar ki, Qəbələ festivalına həsr edib. Paytaxt Bakıdan Qəbələyə gedən dolanbac yolların müasirliyindən tutmuş Qəbələ axşamlarının sərinliyinə qədər bütün təəssüratlarını oxucularla bölüşən jurnalist festivalın yüksək zövqlə təşkil olunduğunu vurğulayır: “Paytaxtdan uzaq əyalət şəhərində 17 günlük açıq hava festivalının təşkili, oraya dünyanın önəmli musiqi adamlarının çağırılması iqtisadi inkişaf və müasirlik baxımından çox şeydən xəbər verir. Burada dünya klassik musiqisinin ən məşhur solistləri, ifaçıları, pianoçuları səhnəyə çıxır, müsabiqələrdə münsiflər heyətini təmsil edir və gənclərə master-klasslar keçir”.
   Festival izləyicilərinin klassik musiqiyə olan marağı və Qəbələdəki hər konsert axşamının xüsusi anşlaqla keçməsi də rusiyalı jurnalistin diqqətindən kənarda qalmayıb. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar