Bununla bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
   
   Prezident İlham Əliyev sentyabrın 8-də Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, olimpiya oyunları dünya dövlətlərinin diqqət mərkəzində dayanan ən mühüm və möhtəşəm idman tədbiridir. Olimpiya hərəkatında Azərbaycanın fəal iştirakı və idmançılarımızın Olimpiya oyunlarında qazandıqları nəticələr ölkəmizin idman sahəsindəki potensialını nümayiş etdirməklə yanaşı, onun ümumi inkişaf səviyyəsinin göstəricisinə çevrilir və beynəlxalq nüfuzuna təsir edir. Bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Belə mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi dünya idman aləmində ölkənin nüfuzunun artmasına şərait yaradacaq.
   Sərəncama əsasən, Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə Təşkilat Komitəsi yaradılıb:
   Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi Təşkilat Komitəsinə nazirlər, komitə sədrləri, Olimpiya çempionları daxil edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Təşkilat Komitəsinin üzvüdür.
   Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar