Prezident İlham Əliyev sentyabrın 15-də Qobustan və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin mühafizəsi, müasir turizm infrastrukturunun yaradılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.