Azərbaycan

8 oktyabr 2009 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935, Biləsuvar, Ağalıkənd - 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest, hekayələri müəllifə geniş oxucu rəğbəti qazandırıb.

9 oktyabr 1946 - Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Özgə ömür”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Qala” və s.
9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.

10 oktyabr 1911 - Ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub. 100-dən çox şeirinə mahnılar bəstələnib.
10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.
10 oktyabr 1939 - Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939 - 19.9.1992) Bakıda doğulub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda "Ərəb filologiyası" şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini işləyib, 1991-1992-ci illərdə institutun direktoru olub. "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir.

11 oktyabr 1938 - Yazıçı, tərcüməçi, publisist Emil Ağayev anadan olub. “Qara gölün cəngavərləri” bədii filminin ssenari müəllifidir.
11 oktyabr 1959 - Kinooperator Rövşən Quliyev anadan olub. Filmləri: “Ağ atlı oğlan”, “Haray”, “Aktrisa” və s.
11 oktyabr 1983 - Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900, Qubadlı, Əyin kəndi - 1983) vəfat edib. "Şamo" roman-epopeyası, "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtəvan”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərlərin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Araz çayından şimaldakı torpaqlarımız - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib.
12 oktyabr 1990 - Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 - 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.

13 oktyabr 1938 - Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
13 oktyabr 1943 - Yazıçı-dramaturq, tərcüməçi Vaqif Ənvər oğlu Əlixanlı Quba rayonunun Yerfi kəndində anadan olub.
13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub. Uşaqlar üçün musiqi əsərlərinin müəllifidir: "Baş tutmayan hiylə", "Tülkü, Tülkü, Tünbəki..." (nağıl-komediya) və s.
13 oktyabr 1967 - Aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrında çalışıb, teatrın baş rejissoru, bədii rəhbəri olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.

Dünya

8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter, 1848-1932) anadan olub.
8 oktyabr 1892 - Rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.
8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», “SİTA bəyan edir...”, “Ekspansiya”.
8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, “Oğurlanmış öpüşlər”, “Ailə ocağı”.

9 oktyabr Dünya Poçt Günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.
9 oktyabr 1908 - Fransız aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub. Filmləri: “Mənim dayım”, “Parad”.
9 oktyabr 1926 - SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.
9 oktyabr 1940 - İngilis musiqiçisi, «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.

10 oktyabr 1813 - İtaliyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813 - 27.01.1901) anadan olub. “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
10 oktyabr 1892 - Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (Harold Pinter; 1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.
11 oktyabr 1942 - Hind aktyoru Amitabh Baççan (Amitabh Bachchan) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s.

12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
12 oktyabr 1935 - Məşhur italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.

13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
13 oktyabr 1934 - Rus aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar