Prezident İlham Əliyev oktyabrın 4-də Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, zəngin tarixə və bənzərsiz təbiətə malik Quba rayonu Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində 134 tarixi-arxeoloji abidə məscidləri mövcuddur. Əhalisi ayrıca etnoqrafik qrup təşkil edən və unikal xüsusiyyətləri ilə seçilən Xınalıq kəndi bu rayondakı qədim yüksək mədəniyyətdən xəbər verir.
Rayon ərazisində aparılmış arxeoloji qazıntılar tariximizin bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirib. Araşdırmalar nəticəsində Qubada 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş insanların kütləvi məzarlığı aşkar edilib. Bu tarixin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün “Soyqırımı abidə-muzey kompleksi” yaradılır.
Quba rayonunda son illər ərzində mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən müasir tələblərə cavab verən hotellər, turizm obyektləri, təhsil, mədəniyyət, sənaye müəssisələri inşa olunub, yeni yollar çəkilib.
Sərəncama əsasən, Quba rayonunun qədim tarixi-mədəni və etnoqrafik irsinin qorunub saxlanılması, onun müasir şəhərsalma, istirahət, turizm infrastrukturunun yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.