Azərbaycan

4 noyabr 1954 - Aktyor, rejissor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. Şəki Dövlət Dram Teatrında çalışıb. “Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.
4 noyabr 1959 - Tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur.

5 noyabr 1938 - Tanınmış ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 - 3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı qəsəbəsində doğulub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki...", "Kim nə götürdü".
5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri, Azərbaycanın Polşada səfiri işləyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.
5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı.
6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931- 4.4.1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub.
6 noyabr 1974 - Görkəmli şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923, Naxçıvan, Babək rayonu - 1974) vəfat edib. Sözlərinə populyar mahnılar ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) bəstələnib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

Dünya

4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların (“Qara qayıqlar buxtası” və s.), ssenarilərin müəllifidir.
4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” (roman), “Qısqanclıq”, “Vəhşi qanunu” (pyes) və s.
5 noyabr 1913 - Məşhur ingilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.

6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksofonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
6 noyabr 1852 - Rus yazıçısı və dramaturqu Dmitri Mamin-Sibiryak (1852-1912) anadan olub. “Dağ yuvası”, “Privalov milyonları”, “Qızıl” və s. romanların müəllifidir.
6 noyabr 1931 - Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.
6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar