Azərbaycan

18 noyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.

19 noyabr 1935 - Dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Xarici Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) rektoru işləyib.

20 noyabr 1910 - Yazıçı-dramaturq Məmmədəli Hüseyn oğlu Tanrıverdiyev (1910-1985) Ordubad rayonunun Dəstə kəndində anadan olub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
20 noyabr 1930 - Görkəmli aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", "Babək", “Dədə Qorqud”, “Doğma sahillər”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.
20 noyabr 1930 - Tanınmış ədəbiyyatşünas alim, professor Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
20 noyabr 1935 - Görkəmli xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (1935 - 14.12.2011) Ağdamda doğulub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində (Cabbar Qaryağdıoğlu rolunda) çəkilib.
20 noyabr 1956 - Teatr tariximizin tanınmış simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağda, Xocavənd (Martuni) rayonunun Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurub. Vertolyotdakı 22 nəfər həlak olub.

Dünya

18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Ryazanov anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s.

19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1711 - Rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1962 - Amerika aktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına “Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.
19 noyabr 1993 - Məşhur kinorejissor, SSRİ Xalq artsiti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macəraları”, “Brilyant əl” və s.

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children"s Day). 1959-cu ilin 20 noyabrında “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
20 noyabr 1910 - Böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povest), “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” (pyes) və s.
20 noyabr 1927 - SSRİ Xalq artisti Mixail Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”. 20-dən çox filmdə marşal G.Jukovun obrazını yaradıb.
20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Aleksey Batalov anadan olub. Filmləri: “Durnalar uçur”, “Moskva göz yaşlarına inanmır” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar