Azərbaycan

25 noyabr 1901 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Şəhərdəki “İqbal” məktəbində tamaşalarda oynayıb. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 - Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-25.2.1991) anadan olub.
25 noyabr 1918 - Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir.
25 noyabr 1928 - Bakıda V.Q.Korolenko adına Mərkəzi Gənclər Kitabxanası (Fəhlə Gənclər Kitabxanası) təşkil olunub. Hazırda Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasıdır.
25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, gənc ifaçılar yetişdirib.
25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə” (İbrahim) və s. filmlərdə çəkilib.

26 noyabr 1927 - Dilçi-türkoloq, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub.
26 noyabr 1928 - Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “O olmasın, bu olsun” (Sərvərin dostu), “Bəxtiyar” (Kərim), “Əsl dost” (Əsəd), “Dəli Kür” (Kipiani), “Yenilməz batalyon” (Nəriman Tağıyev) və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib, “Tədris teatrı”nda tamaşalara quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.
26 noyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. «Şöhrət» ordeni ilə (2006) təltif edilib.
26 noyabr 1991 - Azərbaycanda ilk müstəqil telekanal - ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb.

27 noyabr 1912 - Xalq artisti, aktyor İsa Həsən oğlu Musayev (1912-8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1934 - Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov anadan olub.
27 noyabr 1946 - Rejissor, ssenarist Akif Rüstəmov anadan olub. Bir sıra filmlərin (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissoru və rejissor assistentidir.

Dünya

25 noyabr 1562 - İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
25 noyabr 1893 - Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu elan edib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.
25 noyabr 1926 - Amerikalı yazıçı-fantast Pol Anderson (Poul William Anderson, 1926 - 2001) anadan olub.

26 noyabr Dünya İnformasiya Günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatizasiya Akademiyasının təşəbbüsü ilə qeyd edilir.
26 noyabr 1857 - Məşhur isveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub.
26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub. 8 dəfə “Qremmi” mükafatına layiq görülüb.

27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib. Əsərləri: “Kameliyalı qadın”, “Diana de Lis”, “Yarıqaranlıq”, “Doktor Servan”, “Üç güclü kişi” və s.
27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
27 noyabr 1942 - Dünya şöhrətli amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix, 1942-1970) anadan olub.
27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar