Mixail Şvıdkoy: “Bakı humanitar forumu intellektual Davosa çevrilə bilər”
  
   Gələn həftə Azərbaycan paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. 
   Oktyabrın 10-11-də Bakıda Beynəlxalq Humanitar Forumu keçiriləcək. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin təşəbbüsü ilə keçiriləcək forumda dünyanın müxtəlif ölkələrindən tanınmış siyasət, elm, mədəniyyət xadimləri, alimlər iştirak edəcək. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy foruma hazırlıq işlərinin başa çatmaq üzrə olduğunu deyib: “Bütün işlər nəzərdə tutulan rejim üzrə gedir. Bütün panellərin iştirakçıları müəyyən edilib. Zənnimcə, forum çox maraqlı və bir sıra cəhətlərə görə ibrətamiz olacaq. Orada mədəniyyət sahəsini təmsil edən Sofi Lorendən başlamış Andron Konçalovskiyə qədər çox məşhur şəxslər olacaq. Bundan əlavə, foruma görkəmli riyaziyyatçılar, fiziklər, bioloqlar, filosoflar, ictimai xadimlər də gələcək”.
   Forum mədəniyyətlərin yaxınlaşması üçün xüsusi bir format kimi nəzərdə tutulub. Azərbaycan və Rusiya prezidentlərinin patronajı isə bu tədbirə xüsusi əhəmiyyət verəcək. Forum çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin kitabları da təqdim ediləcək. Həmin kitablarda onların humanitar məsələlərə dair məqalələri toplanıb.
   Azərbaycanın müxtəlif beynəlxalq, o cümlədən mədəniyyətlə əlaqədar tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edən M.Şvıdkoyun fikrincə, Bakı forumu bir növ intellektual Davosa çevrilə bilər: “Məncə, prezidentlər Dmitri Medvedev və İlham Əliyev bu tədbiri öz nəzarətləri altına götürərkən məhz bu mövqedən çıxış etmişlər. Digər tərəfdən, forumda dünya birliyində intellektual mühitə yüksək dərəcədə təsir göstərən insanların toplaşacağını nəzərə alsaq, məncə, bu forum həm Bakı, həm də Moskva üçün çox maraqlı və əhəmiyyətli olacaq”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar