Azərbaycan
19 dekabr 1921 - Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. “Hindistan” silsiləsinə görə beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s.
19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası, simfonik orkestr üçün əsərlərin müəllifidir.
19 dekabr 1947 - Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 - 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.
19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 - 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır.
20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 - 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir.
20 dekabr 1925 - Filosof Şükufə Şamil qızı Mirzəyeva (1925 - 9.10.1980) Ağdamın Gülablı kəndində anadan olub. Azərbaycanın estetik fikir tarixinə dair əsərlərin müəllifidir.
21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.
21 dekabr 1916 - Yazıçı Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.
21 dekabr 1922 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 - 6.4.1989) anadan olub.
21 dekabr 1923 - Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, AMEA-nın akademiki Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində anadan olub. Bir çox görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
22 dekabr 1898 - Rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. BDU-da jurnalist kadrların hazırlanmasına böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
22 dekabr 1920 - Yazıçı, kinodramaturq, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, ssenarilərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 - 21.4.2005) Naxçıvanda doğulub.
Dünya
19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
19 dekabr 1915 - Məşhur fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
19 dekabr 1996 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
20 dekabr 1629 - Holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629-1684) anadan olub.
20 dekabr 1873 - Türk şairi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyənin dövlət himni (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” toplusu və s. əsərlərin müəllifidir.
20 dekabr 1915 - Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub.
20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s.
21 dekabr 1639 - Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
21 dekabr 1840 - Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s.
21 dekabr 1917 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s.
22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
Hazırladı: Vüqar Orxan