Azərbaycan

23 dekabr 1911 - Tanınmış şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.
23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 - 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.
23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923-30.3.1993) anadan olub.
23 dekabr 1946 - Xalq artisti, Prezident təqaüdçüsü, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul edib. 1948-1953-cü illərdə 100 minə yaxın soydaşımız doğma yurd-yuvalarından deportasiya edildi.
23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Əsərləri: «Şah Abbas», “Balıq adam”, “Metro vadisi” (romanlar), “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” (pyeslər) və s.

24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçən Z.Bünyadov elmdə də şərəfli ömür yaşayıb. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub.
24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
24 dekabr 1939 - Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
24 dekabr 1979 - Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərində çəkilib.

25 dekabr 1906 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906-7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
25 dekabr 1906 - Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda anadan olub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909-8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində Mirzə Şəfi Vazeh rolunda çəkilib.
25 dekabr 1910 - Tarixçi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. 1960-1967-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru işləyib.
25 dekabr 1920 - Bakıda rus “Tənqid-təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
25 dekabr 1925 - Azərbaycan yazıçı və şairlərinin "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranıb.
25 dekabr 1930 - Filologiya elmləri doktoru, publisist Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. N.Nərimanovun yaradıcılığına dair tədqiqatların, "Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabının və s. müəllifidir.
25 dekabr 1931 - Respublikamızda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Alı oğlu Xələfov anadan olub.
25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
25 dekabr 1935 - Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-1998) olub.
25 dekabr 1940 - Tarixçi alim, AMEA-nın həqiqi üzvü Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. Orta əsrlər tarixinə dair tədqiqatların müəllifidir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941- 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "Böyük dayaq" filmində (Pərişan), "İtkin gəlin" teleserialında çəkilib.
25 dekabr 1991 - Azərbaycan parlamenti 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
25 dekabr 1991 - Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman imzalayıb. Yeni əlifbaya keçid gözlənildiyindən çox uzandı. Prezident Heydər Əliyev 2001-ci il iyunun 18-də imzaladığı fərmanla həmin il avqustun 1-də latın qrafikalı əlifbaya keçid başa çatdırıldı.
25 dekabr 2001 - “Azad Azərbaycan” televiziyası fəaliyyətə başlayıb.

Dünya

23 dekabr 1858 - Məşhur rejissor, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
23 dekabr 1931 - SSRİ Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. Azərbaycanda “Qorxma, mən səninləyəm” (San Sanıç) filminə çəkilib.

24 dekabr 1798 - Polyak şairi, Polşada milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
24 dekabr 1867 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
24 dekabr 1906 - İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906-1985) anadan olub. Əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.
24 dekabr 1946 - Rusiyanın Xalq artisti Lonid Filatov (1946-2003) anadan olub. Filmləri: “Fleyta üçün unudulmuş melodiya”, “Çiçerin” və s.

25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar