Azərbaycan

26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Həyat poeması", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.
26 dekabr 1919 - Görkəmli rəqqasə, Xalq artisti Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova Şəkidə anadan olub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə çəkilib.

27 dekabr 1932 - Məşhur bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində anadan olub. 200-dək mahnı, tamaşalara musiqi, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası və s. əsərlərin müəllifidir.
27 dekabr 1934 - Xalq rəssamı, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 - 6.3.2008) anadan olub.
27 dekabr 1938 - Xalq artisti Səfurə Ağabala qızı İbrahimova Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qaynana” və s. filmlərə çəkilib.
27 dekabr 1947 - Məşhur pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.
27 dekabr 1990 - Müğənni, Xalq artisti Əbülfət Əliyev (30.12.1926, Şuşa - 1990) vəfat edib. Bir çox opera tamaşalarında ("Leyli və Məcnun", “Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl") əsas rolları oynayıb.

28 dekabr 1918 - Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.
28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, akademik, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub.
28 dekabr 1927 - Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov Naxçıvan şəhərində doğulub. Əsərləri: «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.
28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Milli Məclisin deputatıdır.
28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub.
28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. "Mədəniyyət" qəzetinin baş redaktoru (1991-2000) olub.

29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai haqqında romanların müəllifidir. "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" və s. kitabları tərtib edib.
29 dekabr 1929 - Tarix elmləri doktoru, akademik Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
29 dekabr 1929 - Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəran şəhərində doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Teatr tamaşalarına bədii tərtibat verib.
29 dekabr 1944 - Yazıçı-publisist, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi, Sara Mollaçı qızı Nəzirova (1944 - 22.6.2014) Oğuz rayonunda anadan olub.
29 dekabr 1946 - Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.
29 dekabr 2006 - Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəzin təməli 2007-ci ilin sentyabrında qoyuldu. 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin açılışı oldu.

Dünya

26 dekabr 1867 - Fransız yazıçısı, filosof Jülyen Benda (Julien Benda; 1867-1956) anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb.
26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
26 dekabr 1949 - Məşhur aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Filmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.

27 dekabr 1571 - Məşhur alman astronomu və riyaziyyatçısı Yohann Kepler (Johannes Kepler, 1571 - 1630) anadan olub. Planetlərin hərəkəti qanununu kəşf edib.
27 dekabr 1832 - Rus mesenatı, Moskvadakı məşhur Tretyakov qalereyasının banisi Pavel Mixayloviç Tretyakov (1832 - 1898) anadan olub.
27 dekabr 1901 - Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzu olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
27 dekabr 1939 - Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda doğulub. Filmləri: “Kortik”, “Mariya Mediçinin mücrüsü” və s.
27 dekabr 1948 - Məşhur fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.

28 dekabr Beynəlxalq Kino Günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
28 dekabr 1903 - Rus rejissoru Mixail Konstantinoviç Kalatozov (1903 - 1973) anadan olub. “Durnalar uçur” filmi Kann festivalının qalibi (1957) olub.
28 dekabr 1925 - Görkəmli rus şairi Sergey Yesenin (3.10.1895 - 1925) vəfat edib. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
28 dekabr 1945 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib. “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Kerri bacı”, “Cenni Herhardt”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.

29 dekabr 1775 - İtalyan əsilli məşhur Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində bir çox memarlıq ansambllarının müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar