A­zər­bay­can

30 de­kabr 1926 - Ta­nın­mış xa­nən­də, Xalq ar­tis­ti Əbül­fət Əli­yev (1926 - 27.12.1990) Şu­şa­da do­ğu­lub. Bir sı­ra ope­ra ta­ma­şa­la­rın­da ("Ley­li və Məc­nun", "Aşıq Qə­rib", "Şah İs­ma­yıl" və s.) əsas rol­la­rı ifa edib.
30 de­kabr 1954 - Xalq ar­tis­ti Fat­ma Ya­qub qı­zı Mah­mu­do­va Ağ­dam ra­yo­nun­da do­ğu­lub. Ağ­dam Dram Teat­rın­da fəa­liy­yə­tə baş­la­yıb, 1994-cü il­dən Döv­lət Mu­si­qi­li Teat­rı­nın akt­ri­sa­sı­dır.
30 de­kabr 1954 - Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Ni­za­məd­din Şəm­səd­din oğ­lu Şəm­si­za­də ana­dan olub.

31 de­kabr 1903 - Azər­bay­can ki­no­su­nun ilk re­jis­sor­la­rın­dan olan Mi­ka­yıl Yu­sif oğ­lu Mi­ka­yı­lov (1903-1986) ana­dan olub. "Lə­tif" (1930), "İs­mət" (1934) bə­dii film­lə­ri­nə qu­ru­luş ve­rib, sə­nəd­li-xro­ni­kal film­lər çə­kib.
31 de­kabr 1907 - Ya­zı­çı Ey­nul­la Xan­ki­şi oğ­lu Ağa­yev (1907 - 5.11.1978) Ba­kı­nın Ra­ma­na kən­din­də do­ğu­lub. Əsər­lə­ri: “Şiş­pa­paq”, “Dağ­lar­da şim­şək ça­xır”, “Ba­ba na­ğı­lı”, “Te­leq­ram” və s.
31 de­kabr 1910 - Ya­zı­çı-dra­ma­turq Əbil Yu­sif (Əbil Məm­məd oğ­lu Yu­si­fov; 1910 - 29.3.1984) Or­du­bad­da ana­dan olub. Əsər­lə­ri: “Od­lar için­də”, “Mə­həb­bət abi­də­si”, “Və­tən” (pyes­lər), “Bir gül­lə”, “Şey­pur səs­lə­ri” (po­vest­lər).
31 de­kabr 1920 - Şa­ir Zey­nal Cab­bar­za­də (Zey­nal Əliab­bas oğ­lu Cab­ba­rov, 1920 - 20.1.1977) Ba­kı­da do­ğu­lub. Uşaq-gənc­lər üçün əsər­lə­rin müəl­li­fi­dir. Ki­tab­la­rı: “Çi­nar”, “Ar­zu­lar”, “Dos­tum, gəl sö­zə bax”, “U­ca dağ ba­şın­da” və s.
31 de­kabr 1927 - Ope­ra mü­ğən­ni­si, akt­yor, Əmək­dar ar­tist Fi­ru­din Meh­di oğ­lu Meh­di­yev (1927 - 1.2.2006) ana­dan olub. 1957-ci il­dən Ope­ra və Ba­let Teat­rın­da ça­lı­şıb. “Bö­yük da­yaq” (Sal­man), “Ge­cə qa­ta­rın­da qətl” film­lə­rin­də çə­ki­lib.
31 de­kabr 1934 - Bö­yük ya­zı­çı-dra­ma­turq, şa­ir, sse­na­rist, re­jis­sor Cə­fər Qa­far oğ­lu Cab­bar­lı (20.3.1899, Xı­zı - 1934) və­fat edib. Pyes­lə­ri: "Sol­ğun çi­çək­lər", “Ay­dın", "Oq­tay Eloğ­lu", "Od gə­li­ni", "Se­vil", "Al­maz", "1905-ci il­də", "Ya­şar" və s. Şeir və he­ka­yə­lə­rin, mil­li ki­no­muz­da ilk ki­nos­se­na­ri­lə­rin (“Ha­cı Qa­ra”, “Se­vil”, “Al­maz” film­lə­ri) müəl­li­fi­dir.

1 yan­var 1880 - Şərq­şü­nas, tər­cü­mə­çi, maa­rif xa­di­mi Mux­tar İs­ma­yıl oğ­lu Əfən­di­za­də (1880 - 17.10.1975) ana­dan olub.
1 yan­var 1883 - Ya­zı­çı, pe­da­qoq Ab­dul­la bəy Di­van­bə­yoğ­lu (Süb­han­ver­di­xa­nov; 1883-1936) Qa­za­xın Hü­seyn­bəy­li kən­din­də do­ğu­lub. Azər­bay­can Döv­lət Ar­xi­vi­nin mü­di­ri (1923-1927) olub.
1 yan­var 1924 - Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, folk­lor­şü­nas, pro­fes­sor Va­qif Və­li­yev (1924-1998) Qa­zax ra­yo­nu­nun Pi­ri­li kən­din­də ana­dan olub.
1 yan­var 1925 - Ya­zı­çı Emin Qa­sı­mə­li oğ­lu Mah­mu­dov ana­dan olub. Uşaq və gənc­lər üçün ki­tab­la­rın müəl­li­fi­dir: “Kai­nat gə­mi­si”, “At­lant qı­zı” və s. Rus ədə­biy­ya­tın­dan tər­cü­mə­lər edib.
1 yan­var 1929 - Azər­bay­can­da ərəb əlif­ba­sın­dan la­tın qra­fi­ka­lı əlif­ba­ya ke­çid baş­la­nıb.
1 yan­var 1930 - Ya­zı­çı, Əmək­dar mə­də­niy­yət iş­çi­si Ta­hir İs­ma­yıl oğ­lu Hü­sey­nov (1930-1993) Bor­ça­lı ma­ha­lı­nın Qa­ça­ğan kən­din­də do­ğu­lub. Ki­tab­la­rı: "Ni­ga­ran ba­xış­lar", “Bor­ça­lı əh­va­lat­la­rı", "Ya­nıq Ab­dul­la­nın yu­xu­la­rı" və s.
1 yan­var 1937 - Gör­kəm­li akt­yor, Xalq ar­tis­ti El­də­niz Zey­na­lov (1937 - 5.11.2001) ana­dan olub. “Əh­məd ha­ra­da­dır?”, “Bir cə­nub şə­hə­rin­də”, “Öm­rün sə­hi­fə­lə­ri”, “Yol əh­va­la­tı”, “Ba­ba­mı­zın ba­ba­sı­nın ba­ba­sı” və s. film­lər­də, te­atr və te­le­vi­zi­ya ta­ma­şa­la­rın­da yad­da­qa­lan ob­raz­lar ya­ra­dıb.
1 yan­var 1940 - Azər­bay­can SSR-də la­tın qra­fi­ka­lı əlif­ba­dan ki­ril (rus) qra­fi­ka­lı əlif­ba­ya ke­çid ger­çək­lə­şib.
1 yan­var 1945 - Sə­nət­şü­nas­lıq elm­lə­ri dok­to­ru Rö­ya Sey­fəd­din qı­zı Ta­ğı­ye­va ana­dan olub. Azər­bay­can Xal­ça Mu­ze­yi­nin di­rek­to­ru­dur.
1 yan­var 1947 - Xalq ar­tis­ti Mi­ka­yıl Mir­zə (Mi­ka­yıl Şah­və­ləd oğ­lu Mir­zə­yev, 1947 - 3.6.2006) Ağ­su ra­yo­nun Ta­lış kən­din­də do­ğu­lub. Te­le­vi­zi­ya ta­ma­şa­la­rın­da ("Gü­nah­sız Ab­dul­la", "To­pal Tey­mur"), “Qa­tır Məm­məd”, “Ba­bək” və s. film­lər­də ma­raq­lı rol­lar oy­na­yıb.

2 yan­var 1945 - Ta­nın­mış akt­yor Sə­mən­dər Rza­yev (1945 - 27.3.1986) Ağ­su­da ana­dan olub. “Nə­si­mi” (Şir­van­şah İb­ra­him), “Ba­bək” (İbn Bə­is), “Ev­lən­mək is­tə­yi­rəm” (Hə­sən ağa), “Bağ möv­sü­mü” (Ağa­mir­zə), “Bə­yin oğur­lan­ma­sı” (Hi­da­yət) və s. film­lər­də çə­ki­lib. Te­le­ta­ma­şa­lar­da unu­dul­maz ob­raz­lar qa­le­re­ya­sı ya­ra­dıb.

3 yan­var 1907 - Məş­hur pia­no­çu, Xalq ar­tis­ti, pro­fes­sor Köv­kəb Ka­mil qı­zı Sə­fə­rə­li­ye­va (1907 - 27.6.1985) ana­dan olub. Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da (Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı) dərs de­yib, kon­ser­va­to­ri­ya­nın nəz­din­də or­ta ix­ti­sas mu­si­qi mək­tə­bi­nin (ha­zır­da Bül­bül adı­na mək­təb) di­rek­to­ru olub.

4 yan­var 1878 - Sa­ti­rik şa­ir, “Mol­la Nəs­rəd­din” ədə­bi mək­tə­bi­nin gör­kəm­li nü­ma­yən­də­si Əli Nəz­mi (Əli Mə­həm­məd oğ­lu Məm­məd­za­də; 1878-1946) və­fat edib. Ki­tab­la­rı: “Si­jim­qu­lu­na­mə”, “Sa­ti­ra mər­mi­lə­ri” və s.
4 yan­var 1932 - Gör­kəm­li ya­zı­çı, dra­ma­turq, pub­li­sist, na­şir Cə­lil Hü­seyn­qu­lu oğ­lu Məm­məd­qu­lu­za­də (22.2.1869, Nax­çı­van - 1932) və­fat edib. Rea­list he­ka­yə­lə­ri ("Poçt qu­tu­su", “Us­ta Zey­nal”, “Qur­ba­nə­li bəy”), po­vest­lə­ri ("Da­na­baş kən­di­nin əh­va­lat­la­rı”), dram əsər­lə­ri (“Də­li yı­ğın­ca­ğı”, “A­na­mın ki­ta­bı”), "Ölü­lər" tra­gi­ko­me­di­ya­sı ilə Azər­bay­can ədə­biy­ya­tı­na mi­sil­siz töh­fə­lər ve­rib. 1906-1932-ci il­lər­də (fa­si­lə­lər­lə) nəşr et­dir­di­yi "Mol­la Nəs­rəd­din" jur­na­lı ilə Azər­bay­can­da sa­ti­rik jur­na­lis­ti­ka­nın əsa­sı­nı qo­yub.
4 yan­var 1946 - Xalq ar­tis­ti Ra­fael Mə­lik oğ­lu Da­da­şov Nax­çı­van­da do­ğu­lub. “Bəxt üzü­yü”, “Mə­nim ağ şə­hə­rim” film­lə­rin­də, te­le­vi­zi­ya ta­ma­şa­la­rın­da (“Or­dan-bur­dan”, “Göz hə­ki­mi”) və te­atr səh­nə­sin­də yad­da­qa­lan rol­lar oy­na­yıb.
4 yan­var 1950 - Ta­nın­mış akt­ri­sa, Ru­si­ya­nın Əmək­dar ar­tis­ti İna­rə Qu­li­ye­va Mosk­va­da do­ğu­lub. “A­zər­bay­can­film”də “Al­ma al­ma­ya bən­zər” (Ali­yə), “Də­də Qor­qud” (Sel­can), “Qa­yı­na­na” (Afət) film­lə­rin­də çə­ki­lib.
4 yan­var 2000 - Xalq ar­tis­ti So­fi­ya Bə­şir qı­zı Bə­sir­za­də (Və­zi­ro­va; 28.2.1918, Ka­zan - 2000) və­fat edib. Ka­zan qu­ber­ni­ya­sı­nın köh­nə Çu­kan kən­din­də do­ğu­lub. İki ya­şın­da olan­da ai­lə­si Ba­kı­ya kö­çüb. 1938-ci il­dən Aka­de­mik Dram Teat­rın­da çı­xış edib. “Qa­ra daş­lar”, “Şə­rik­li çö­rək”, “Ro­meo mə­nim qon­şum­dur”, “Yol əh­va­la­tı”, “Gü­müş­göl əf­sa­nə­si” və s. film­lər­də çə­ki­lib. Film­lə­rin səs­lən­di­ril­mə­sin­də iş­ti­rak edib.

Dün­ya

30 de­kabr 1865 - İn­gi­lis ya­zı­çı­sı, ədə­biy­yat üz­rə No­bel mü­ka­fa­tı (1907) lau­rea­tı Red­yard Kip­linq (Jo­seph Rud­yard Kip­ling; 1865-18.1.1936) Bom­bey­də do­ğu­lub. Uşaq­lar üçün “Cən­gəl­lik­lər ki­ta­bı”, “Yed­di də­niz” şeir­lər top­lu­su və s. əsər­lə­rin müəl­li­fi­dir.
30 de­kabr 1904 - Rus bəs­tə­ka­rı, pe­da­qoq, SSRİ Xalq ar­tis­ti Dmit­ri Bo­ri­so­viç Ka­ba­levs­ki (1904-14.2.1987) ana­dan olub. Əsər­lə­ri: “Ko­la Brun­yon” ope­ra­sı, “Qı­zıl sün­bül­lər” ba­le­ti, “Ba­har nəğ­mə­si” ope­ret­ta­sı və s.

31 de­kabr 1869 - Fran­sız rəs­sa­mı və hey­kəl­tə­ra­şı An­ri Ma­tiss (Hen­ri Ma­tis­se; 1869-1954) ana­dan olub. For­ma və rəng­lər­lə bö­yük ef­fek­tiv emo­si­ya ya­ra­dan əsər­lə­ri ilə məş­hur­dur.
31 de­kabr 1937 - İn­gi­lis akt­yo­ru En­to­ni Hop­kins (Phi­lip Ant­hony Hop­kins) ana­dan olub. Film­lə­ri: “Qu­zu­la­rın sus­ma­sı” (“Os­kar” mü­ka­fa­tı), “Han­ni­bal”, “Qır­mı­zı əj­da­ha” və s.

1 yan­var 1618 - Məş­hur is­pan rəs­sa­mı Bar­to­lo­me Es­te­ban Mu­ril­yo (Bar­to­lome Es­te­ban Mu­ril­lo; 1618-1682) ana­dan olub. Əsa­sən di­ni möv­zu­da əsər­lə­rin müəl­li­fi­dir: “Təs­beh­li Mər­yəm”, “Xaç­pə­sət İo­hann və mü­qəd­dəs ai­lə” və s.
1 yan­var 1823 - Ma­car şai­ri Şan­dor Pe­te­fi (1823-1849) ana­dan olub. Əsər­lə­ri: “Kənd çə­ki­ci”, “Pəh­lə­van Ya­noş”, “Piş­ta Sa­loy” (poe­ma­lar), “Bu­lud­lar” (poe­tik top­lu) və s. Ma­ca­rıs­tan­da 1848-1849-cu il­lər in­qi­la­bı­nın rəh­bər­lə­rin­dən olub, in­qi­la­bı ya­tır­ma­ğa gəl­miş rus qo­şun­la­rı ilə dö­yüş­də hə­lak olub.
1 yan­var 1854 - İn­gi­lis ta­rix­çi­si, kul­tu­ro­loq, ant­ro­po­loq, folk­lor­şü­nas Ceyms Corc Frey­zer (Ja­mes Geor­ge Fra­zer; 1854-1941) ana­dan olub. Dün­ya xalq­la­rı­nın folk­lo­ru, di­ni ayin­lə­ri, ib­ti­dai ma­gi­ya və s. möv­zu­da təd­qi­qat­la­rın yer al­dı­ğı “Qı­zıl ağac” ad­lı 12 cild­lik əsə­rin müəl­li­fi­dir.
1 yan­var 1919 - Ame­ri­ka ya­zı­çı­sı Ce­rom De­vid Se­lin­cer (Je­ro­me Da­vid Sa­lin­ger; 1919-2010) ana­dan olub. “Çov­dar­lıq­da uçu­rum­dan qo­ru­yan” ro­ma­nı ilə şöh­rət qa­za­nıb. He­ka­yə və no­vel­la­la­rı: “Ta­nış qız”, “Gü­lən adam”, “Ted­di” və s.
1 yan­var 1939 - Fran­sız akt­ri­sa­sı Mi­şel Mers­ye (Michele Mer­cier - əsl adı Jo­cely­ne Yvon­ne Ren­ee Mer­cier) ana­dan olub. 60-70-cı il­lər­də An­na və Serj Qo­lo­nun “An­je­li­ka” sil­si­lə ro­man­la­rı əsa­sın­da çə­ki­lən film­lər­də baş ro­lun ifa­çı­sı ki­mi məş­hur­la­şıb.

2 yan­var 1920 - Məş­hur Ame­ri­ka fan­tast-ya­zı­çı­sı Ay­zek Azi­mov (Isaac Asi­mov; 1920-6.4.1992) anadan olub. “Tə­məl”, “Al­lah­la­rın öz­lə­ri” ro­man­la­rı, “İ­ki­yü­zil­lik adam” po­ves­ti, “Mən, ro­bot” he­ka­yə­lər top­lu­su - ümu­mi­lik­də 500-dək əsə­rin müəl­li­fi­dir.
2 yan­var 1912 - İtal­yan rəs­sa­mı Re­na­to Qut­tu­zo (Re­na­to Gut­tu­so; 1912-1987) ana­dan olub. Əsər­lə­ri: “Çar­mıx”, “Et­na­nın püs­kür­mə­si”, “Al­lah bi­zim­lə­dir” və s.
2 yan­var 1927 - Rus ba­let­meys­te­ri, SSRİ Xalq ar­tis­ti Yu­ri Ni­ko­la­ye­viç Qri­qo­ro­viç ana­dan olub. 1964-1995-ci il­lər­də Mosk­va­da­kı Bö­yük Teat­rın ba­le­ti­nə rəh­bər­lik edib. Arif Mə­li­ko­vun “Mə­həb­bət əf­sa­nə­si” ba­le­ti onun qu­ru­lu­şun­da dün­ya şöh­rə­ti qa­za­nıb.
2 yan­var 1943 - Məş­hur türk mu­si­qi­çi­si, bəs­tə­kar, te­lea­pa­rı­cı Ba­rış Man­ço (1943 - 1.2.1999) ana­dan olub. Tür­ki­yə­də rok mu­si­qi­si­nin ön­cül­lə­rin­dən bi­ri­dir. Bəs­tə­lə­di­yi 200-dən çox mah­nı ona 12 qı­zıl və 1 pla­tin al­bom (1 mil­yon sa­tış) qa­zan­dı­rıb. Ha­zır­la­dı­ğı te­le­vi­zi­ya proq­ram­la­rı ilə bir çox öl­kə­lər­də sə­fər­də olub.

3 yan­var 1892 - İn­gi­lis ya­zı­çı­sı, ədə­biy­yat­şü­nas Con Ro­nald Tol­kin (John Ro­nald Reuel Tol­kien; 1892-1973) ana­dan olub. Əsər­lə­ri: “Ü­zük­lə­rin hökm­da­rı”, “Sil­ma­ril­lion”, “Hob­bit və ya ora­ya və ge­ri­yə” və s. Fen­te­zi jan­rın­da ədə­biy­ya­tın ba­ni­lə­rin­dən­dir.
3 yan­var 1929 - İtal­yan ki­no­re­jis­so­ru Ser­co Leo­ne (Ser­gio Leo­ne; 1929-1989) ana­dan olub. Spa­qet­ti-ves­tern jan­rı­nın ya­ra­dı­cı­sı sa­yı­lır. Film­lə­ri: “Bir də­fə vəh­şi Qərb­də”, “Bir çən­gə dol­lar üçün”, “Yax­şı, pis, bəd­nam”.
3 yan­var 1956 - İr­land mən­şə­li Ame­ri­ka akt­yo­ru və re­jis­so­ru Mel Gib­son (Mel Colm-Cil­le Ge­rard Gib­son) Nyu-York­da do­ğu­lub. Film­lə­ri: “Qa­dın­lar nə is­tə­yir­lər?”, “Və­tən­pər­vər” (akt­yor), “Cə­sur ürək” (re­jis­sor və akt­yor; film 5 “Os­kar” qa­za­nıb), “A­po­ka­lip­sis” (re­jis­sor).

4 yan­var 1785 - Al­man folk­lor­çu­su, fi­lo­loq Ya­kob Qrim (Ja­cob Lud­wig Karl Grimm; 1785-1863) ana­dan olub. Qar­da­şı Vil­helm Qrim­lə al­man na­ğıl­la­rı­nı top­la­ya­raq nəşr et­di­rib. Folk­lor­şü­nas­lıq­da mi­fo­loji mək­tə­bi­n ba­ni­lə­rin­dən bi­ri­dir.
4 yan­var 1960 - Fran­sız ya­zı­çı­sı, fi­lo­sof, ədə­biy­yat üz­rə No­bel mü­ka­fa­tı lau­rea­tı (1957) Al­ber Kam­yu (Al­bert Ca­mus, 7.11.1913 - 1960) av­to­mo­bil qə­za­sın­da hə­lak olub. Ek­zis­ten­sia­lizm fəl­sə­fə­si­nin ta­nın­mış nü­ma­yən­də­si­dir. Əsər­lə­ri: “Və­ba”, “Öz­gə”, “Si­zif haq­qın­da mif”, “Qi­yam­çı adam”, “Şey­tan­lar” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar