Azərbaycan

17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Musiqili Teatr) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.
17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şeir və poema kitablarının müəllifidir.
17 yanvar 1940 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Kamil Hətəm oğlu Quliyev anadan olub.
17 yanvar 1992 - Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında qanun qəbul edib.

18 yanvar 1915 - Tanınmış rəqqas, Əməkdar artist Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə baletmeyster, rəqslərin quruluşçusu olub.
18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927-5.12.1997) anadan olub.
18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” və s. filmlərin quruluşçu rejissorudur. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
18 yanvar 1942 - Yazıçı-dramaturq Heydər Qasımlı (Qasımov Heydər İftar oğlu) Qazaxda doğulub.
18 yanvar 1947 - Xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Hazırda əməkdar kollektivin bədii rəhbəridir.
18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.

19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 - 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edildi. Azərbaycanın Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
20 yanvar 1940 - Teatr rejissoru, Xalq artisti Cənnət Əlibəy qızı Səlimova anadan olub. Rus Dram, Bakı Kamera, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında tamaşalara quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. "Şöhrət" ordeni ilə təltif edilib.
20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib. Uşaq-gənclər üçün çoxsaylı əsərlərin müəllifidir. Kitabları: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.

Dünya

17 yanvar 1706 - Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
17 yanvar 1835 - Litva şairi Antanas Barnauskas (1835-1902) anadan olub.
17 yanvar 1863 - Görkəmli rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.
17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti, 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dilində populyar mahnılar oxuyub.
17 yanvar 1960 - Rus bəstəkarı və estrada müğənnisi İqor Yuryeviç Nikolayev anadan olub. Bir çox populyar mahnıların müəllifidir.
17 yanvar 1962 - Amerika və Kanada aktyoru, ssenarist, prodüser Cim Kerri (James Eugene Carrey) anadan olub. Filmləri: “Maska”, “Kütbeyin və lap kütbeyin”, “Kabelçi”, “Yalançı, yalançı” və s.

18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
18 yanvar 1841 - Fransız bəstəkarı Emmanuel Şabrie (Alexis-Emmanuel Chabrier, 1841-1894) anadan olub.
18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
18 yanvar 1904 - İngilis-amerikan aktyoru Keri Qrant (əsl adı Archibald Alexander Leach; 1904-1986) anadan olub.
18 yanvar 1955 - Amerika aktyoru, rejissor və prodüser Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” - 1990) və s.

19 yanvar 1798 - Fransız filosofu, pozitivizm cərəyanının və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
19 yanvar 1809 - Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.
19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
19 yanvar 1848 - Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar, 1848-1924) anadan olub.
19 yanvar 1865 - Görkəmli rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
19 yanvar 1900 - Rus bəstəkarı Mixail İsakovski (1900-1973) anadan olub. Məşhur “Katyuşa” mahnısının müəllifi kimi şöhrət qazanıb.
19 yanvar 1945 - İngilis rok müğənnisi, məşhur «Deep Purple» ansamblının qurucusu Rod Evans (Roderick Evans) anadan olub.

20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
20 yanvar 1884 - Rus yazıçısı Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
20 yanvar 1920 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar