Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasda iştirak edir
Oktyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclası işə başlayıb. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İclasda Mədəni Əməkdaşlıq üzrə Şura üzvləri arasında fikir mübadiləsi, Müstəqil Dövlətlər Birliyinin 20 illiyi ilə əlaqədar üzv ölkələrin mədəniyyət nazirlikləri tərəfindən indiyədək reallaşdırılmış və keçiriləcək tədbirlər, “Birliyin Mədəniyyət Paytaxtları” dövlətlərarası proqramı, Birliyə üzv ölkələrin dünya mədəni irsinin qorunması mərkəzinin yaradılması məsələləri əsas müzakirə mövzusudur. Bundan əlavə, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində bu Birliyə üzv dövlətlərin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
İclasa MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının sədri, Rusiya Federasiyasının mədəniyyət naziri A.Avdeyev sədrlik edir.