Azərbaycan

31 yanvar 1879 - Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur" və s. jurnallarda şeirləri dərc edilib. Teatr tariximizdə xidmətləri olub. “Səfa” cəmiyyətinin (1907-1918) yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
31 yanvar 1884 - Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.
31 yanvar 1915 - Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) anadan olub.
31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.

1 fevral 1935 - Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov Bakıda anadan olub. Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.
1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. 60-dan çox televiziya tamaşasına quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912 - 2.5.1969) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
2 fevral 1932 - Dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib. “Şöhrət” ordeni ilə təltif edilib.
2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara musiqi yazıb.
2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

Dünya

31 yanvar 1715 - Fransız filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715 - 26.12.1771) anadan olub. Əsərləri: “Xoşbəxtlik”, “Ağıl haqqında” və s.
31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, 9 simfoniya, çoxsaylı mahnı və romansların müəllifidir.
31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.
31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq” və s.
31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub. Filmləri: “Bu şirin söz - azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.
31 yanvar 1939 - Rusiyanın Xalq artisti Aleksandr Poroxovşikov (1939-2012) anadan olub. Filmləri: “Kapitan Nemo”, “Professor Douelin vəsiyyəti”, “Voroşilov nişançısı” və s.

1 fevral 1895 - Amerika kinorejissoru Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub. Rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülüb.
1 fevral 1901 - Amerika aktyoru, “Oskar” laureatı Klark Qeybl (William Clark Gable; 1901-1960) anadan olub. «Küləklə sovrulanlar» filmində Rett Bartler rolu ilə məşhurlaşıb.
1 fevral 1942 - Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Leşşenko anadan olub.
1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub.
2 fevral 1700 - Alman yazıçısı və mədəniyyət xadimi Yohann Kristof Qottşed (Johann Christoph Gottsched; 1700-1766) anadan olub.
2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
2 fevral 1883 - Rus bəstəkarı Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Beş bacısı tanınmış musiqiçi olub. Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.
2 fevral 1934 - Gürcü rejissoru Otar İoseliani anadan olub. 1984-cü ildə Fransaya mühacirət edib, 2006-da Gürcüstana qayıdıb. Filmləri: “Ayın favoritləri”, “Nəğməkar qaratoyuq vardı”, “Çoban” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar