Noyabrın 2-dən 4-dək Gəncədə Koreya filmləri günləri keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Kinematoqrafçılar İttifaqı, Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Fondu və Gəncə şəhər İcra Hakimiyyətidir. Kinematoqrafçılar İttifaqının kino yayımı şöbəsinin müdiri Gəray Əlibəyovun verdiyi məlumata görə, tədbir çərçivəsində hər gün iki film olmaqla 6 film nümayiş olunacaq. Filmlər rus dilində subtitrlərlə göstəriləcək. Filmlərin nümayişi isə Gəncə Dövlət Dram Teatrında olacaq. Teatrın foyesində Koreyanın məşhur rəssamlarının əl işləri sərgilənəcək. Bundan başqa, şəhərin monitorlarında Koreya ilə bağlı sənədli filmlər də göstəriləcək.
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar