Azərbaycan

27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədova-Sarabskaya anadan olub. “Azərbaycan muğamı”, “Musiqili türkologiya” və s. kitabların müəllifidir.

28 fevral 1894 - Xalq artisti, görkəmli aktyor Mustafa Həşim oğlu Mərdanov (1894 - 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 - 2004) vəfat edib.

1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb.
1 mart 1945 - Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub.
1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru, dərslik və monoqrafiyaların müəllifidir.

2 mart 1828 - Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 - 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır.
2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında təşkilata üzv qəbul olunub.

3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzri və digər ədiblərin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.

Dünya

27 fevral 1807 - Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
27 fevral 1932 - Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 - 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.
28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. Peyğəmbərlər haqqında kitabların müəllifidir.
28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.

1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.
1 mart 1888 - Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).
1 mart 1892 - Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.

2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Bəstəkar Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar