Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Abbasov Çingiz Qurban oğlu, Babayev Etibar Kamal oğlu, Hadıyev Fazil Rauf oğluna “Əməkdar İncəsənət Xadimi” fəxri adı, Həsənzadə Sevda Böyükağa qızı, Hüseynova Sevil Məmmədhüseyn qızı, Sadıqov Faiq Əbülfəz oğluna “Əməkdar Artist” fəxri adı verilib. Bundan əlavə, bir qrup televiziya və radio işçisinə “Əməkdar Jurnalist”, “Əməkdar Mühəndis” və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib.
   Dövlət başçısının noyabrın 10-da imzaladığı digər sərəncamla Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar