1941-ci ilin 22 iyununda faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə başlanan və tariximizə Böyük Vətən müharibəsi kimi düşən müharibə Hitlerin başlıca hədəflərindən biri Bakı nefti idi.

Hələ II Dünya müharibəsi başlamamışdan əvvəl Almaniya güclü dövlətə çevrilmişdi, iqtisadiyyatı, hərb sənayesi və əsgəri qüvvəsi kəmiyyət və keyfiyyət baxımından dəfələrlə artmışdı. Avropada bir-birinin ardınca işğal edilmiş ölkələr müharibənin şiddətini yaşamaqda idilər. Ələ keçirilmiş Rumıniya neft mədənləri də dünya ağalığına nail olmaq üçün hitlerçilərə kifayət etmirdi. Daha böyük ehtiyatlar lazım idi. Bu baxımdan Bakının zəngin neft yataqları əvvəldən mərkəzində olmuşdu.
Hitler Bakını qısa müddət ərzində işğal edəcəyinə əmin idi. Hətta Bakı neftinin idarə olunması üçün Almaniya şirkətləri ilə müqavilələr imzalanmışdı. Almaniya Bakını ələ keçirərək burada hərbi mərkəz yaratmaq və Hind okeanı istiqamətində hərəkət etmək niyyətində idi.
Qafqazın işğalı üçün xüsusi olaraq hazırlanmış “Edelveys planı” 1941-ci ildə həyata keçirilməyə başlanıldı. Lakin sovet rəhbərliyi heç bir halda almanların Qafqazı ələ keçirməsinə razı ola bilməzdi. Çünki Bakı və Şimali Qafqaz SSRİ-nin əsas neft tədarükçüsü idi. Baxmayaraq ki, Almaniya Sovet İttifaqına hücumunu SSRİ-nin şimali-qərbindən başlamışdı və artıq bir neçə cəbhə boyu alman-sovet müharibəsi gedirdi, Qafqaz uğrunda mübarizə alovlanmışdı. Lakin bütün cəhdlərə baxmayaraq Hitler Qafqaza yiyələnə bilmədi. Onun istila planlarını sovet təyyarəçi və zenitçilərinin döyüş ruhu sarsıtdı.
Müharibə vaxtı cəbhə fasiləsiz olaraq Azərbaycandan neft məhsulları, geyim, ərzaq və canlı qüvvə ilə təmin olunurdu. Ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələr fəaliyyətlərini müharibənin mövcud tələblərinə uyğun qurmuşdu. İstehsalat fasiləsiz davam edir, məzuniyyətlər ləğv olunur, hətta qadınlar, uşaqlar və qocalar da ağır işlərə cəlb olunurdu. O dövrdə Azərbaycandan əhali cəbhə üçün 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl pul, 125 vaqon isti geyim göndərmişdi.
Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 402-ci, 396-cı, 416-cı milli diviziyalar bütün cəbhə boyu uğurlu döyüş əməliyyatları keçirirdilər.
Müharibə illərində SSRİ-də istehsal olunan neftin 75%-i, benzinin 90%-i Azərbaycanın payına düşürdü. Sovet İttifaqı marşalı Georgi Jukovun dediyi kimi, “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi və düşmən üzərində sürətli qələbə üçün lazım olan qədər yanacaq vermişdir”.
Bundan başqa, Bakıda “Katyuşa” reaktiv raketləri və “Şpagin” pulemyotları hazırlanır, “YAK-3” qırıcı təyyarələri yığılırdı. Məşhur azərbaycanlı akademik Yusuf Məmmədəliyevin yüksək oktanlı benzini isə sovet təyyarələrini daha sürətli və manevrli etmişdi.
Böyük Vətən müharibəsində qələbə Sovet İttifaqının bütün xalqlarının qələbəsi idi ki, hər bir respublikanın bunda öz payı olmuşdur. Faşizm üzərində qələbəyə Azərbaycan da tarixi töhfəsini vermişdir. Bakı nefti faşizmin dünya ağalığına nail olmasının qarşısını alınmasında müstəsna rol oynamışdır.

Elçin Cəfərov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar