Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü tamam olur. 1918-ci ildə xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şanlı səhifəsidir.
Müsəlman Şərqinin ilk demokratik, parlamentli dövləti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tariximizdə silinməz yeri, Azərbaycan xalqının istiqlal arzusu, müstəqil dövlətçilik salnaməsi qalmışdı.
Bu gün müstəqil Azərbaycan Respublikasının 24-cü ilində yaşayarkən tariximizə istiqlal bayramını yazdırmış şəxsiyyətlərimizi, Cümhuriyyətin qurucularını rəhmətlə anır, xatirələrini minnətdarlıq hissi ilə yad edirik. Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi, sərhədləri bütöv olsun! İstiqlal bayramınız mübarək!