Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi şair Qəşəm Nəcəfzadənin Türkiyədə "Bengü" yayım evində "Savaş, ayaqqabı, ölüm" adlı şeirlər kitabı gözəl bir tərtibatla çap olunub. Topluya şairin son illərdə yazdığı şeirlər daxil edilib. Türkiyə ədəbi mətbuatında, xüsusən "Kardeş Kalemler" dərgisində şairin şeirlərinin son vaxtlar müntəzəm dərci yeni şeirlər kitabının ortaya qoymaq zərurətini yaratdı. Kitabın redaktoru və Türkiyə türkçəsinə çevirəni tanınmış alim, tərcüməçi və pedoqoq Fəti Gədiklidir. Kitabın annotasiyasında oxuyuruq: "Geşem Necefzade Azerbaycan şiirində yeni bir ufuktur. Şair, bin yillik klassik hecenin dışına çıxarak serbest vezinde, soz vadisinde kalemini ustalıqla oynatıyor. Geşem, bizim hergün yanından geçtiğimiz hiçbir olağanüstülüğü olmayan necnelere başqa bir açıdan bakılabileceğini şiirle ortaya koyuyor". Sualımıza cavab olaraq Qəşəm Nəcəfzadə bildirdi: "Kitabı yayım evi öz vəsaiti hesabına çap eləyib. Bütün bu məsələlər üç ay içərisində reallaşıb. Yayım evindən mənə zəng vurdular ki, kitabını çap eləmişik. Xeyli vaxtdı başqa bir ölkədə kitabımın çap xəbərini gözləyirdim. Biləndə ki, Türkiyədəndi, çox sevindim. Türkiyə başqalarına baxanda bir köynək bizə yaxındı. Həm də bu kitab türkiyəli şair qardaşlarımızın Azərbaycan ədəbiyyatına diqqətidir. Bu kitaba əməyi keçən insanlara dərin təşəkkürümü bildirirəm." Kitaba toplanan şeirlərin əsas mövzusu yaşadığımız həyatdır. Həyatdakı hadisələrin ritmi, dramaturji səhnəsi, rəngi və fotosu olan bu şeirlər öz realizmi ilə, daha doğrusu, Şərqlə Qərbin, Yerlə Göyün (realizm və romantizm) birləşməsi və sintezi ilə diqqəti cəlb edir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar