Azərbaycan

6 oktyabr 1956 - Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” və s. filmlərdə çəkilib.
6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. Filmləri: “Bəxt üzüyü”, “Cin mikrorayonda”, “Yalan” və s.

8 oktyabr 2009 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935, Biləsuvar, Ağalıkənd - 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest, hekayələri müəllifə geniş oxucu rəğbəti qazandırıb.

Dünya

6 oktyabr 1900 - Gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
6 oktyabr 1914 - Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.
6 oktyabr 1923 - Məşhur Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamak Sadık Gökceli; 1923 - 28.2.2015) anadan olub. "İncə Memed", "Tənəkə", "Yağmurcuq quşu", "İlanı öldürsələr", "Qanın səsi" romanları, "Sarı hərarət" hekayələr toplusu və s. əsərlərin müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.

7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.

8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter, 1848-1932) anadan olub.
8 oktyabr 1892 - Rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.
8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», “SİTA bəyan edir...”, “Ekspansiya”.
8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, “Oğurlanmış öpüşlər”, “Ailə ocağı”.

Hazırladı: Vüqar Orxan