Azərbaycan

22 dekabr 1898 - Rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. Jurnalist kadrların hazırlanmasına böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
22 dekabr 1920 - Yazıçı, kinodramaturq, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, ssenarilərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 - 21.4.2005) Naxçıvanda doğulub.

23 dekabr 1911 - Tanınmış şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.
23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 - 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.
23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 - 30.3.1993) anadan olub.
23 dekabr 1945 - Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə ("Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Mezozoy əhvalatı" və s.) musiqi yazıb.
23 dekabr 1945 - Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 - 21.8.2015) anadan olub.
23 dekabr 1946 - Xalq artisti, Prezident təqaüdçüsü, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Əsərləri: «Şah Abbas», “Balıq adam”, “Metro vadisi” (romanlar), “Labirint”, “İki nəfər üçün oyun” (pyeslər) və s.

Dünya

22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

23 dekabr 1858 - Məşhur rejissor, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
23 dekabr 1931 - Məşhur aktyor, SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 - 20.8.2015) anadan olub. “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Baharın on yeddi anı”, “Piliqrim” kapitanı” və s. filmlərə çəkilib.

Hazırladı: Vüqar Orxan