Azərbaycan

9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-12.1.1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Milli Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub.
9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. “Qayınana”, “Bəyin oğurlanması”, “Qızıl qaz” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Teatrda aktyor-rejissor işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (16.12.1961 - 1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

10 yanvar 1929 - Tanınmış dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 - 26.9.2009) Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan onomastikası" və s. kitabların müəllifidir.
10 yanvar 1932 - Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abasova (1932-12.2.2009) anadan olub. Üzeyir Hacıbəyli haqqında kitabların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) rektoru (1977-1991) olub.
10 yanvar 1938 - Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub. ”Yanan laylalar” operasının (libretto - Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.), romansların müəllifidir.
10 yanvar 1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub.
10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 - 28.11.2011) Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.
10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqilər yazılıb.
10 yanvar 1956 - Müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.
10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib.

11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
11 yanvar 1994 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (8.3.1940 - 1994) vəfat edib. “Alma almaya bənzər”, “Qızıl uçurum”, “Qanlı zəmi”, “Fəryad” və s. filmlərdə quraşdırılmış səhnələrin operatoru olub.

12 yanvar 1908 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi.
12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.
12 yanvar 1940 - Xalq artisti, klarnet ifaçısı, Prezident təqaüdçüsü Vəli Nurbala oğlu Qədimov (1940 -15.4.2009) Bakıda anadan olub.
12 yanvar 1928 - Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli anadan olub. Estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Milli Ensiklopediyanın ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.

Dünya

9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.
9 yanvar 1890 - Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub.

10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. “I Pyotr”, "Əzablı yollarla" (üç kitab), "Mühacirlər", “Mühəndis Qarinin hiperboloidi” romanlarının, "Aelita", "Gürzə", "Qraf Kaliostro" povestlərinin, “Qızıl açar və ya Buratinonun macəraları” nağılının müəllifidir.
10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.

11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə” Azərbaycan SSR-nin Xalq artisti (1934) adına layiq görülüb.
11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.

12 yanvar 1628 - Fransız yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
12 yanvar 1876 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer; 1910 - 30.12.2014) Vyanada anadan olub. 105 yaşında vəfat edən aktrisa ən qocaman “Oskar” laureatı (1936, 1937) kimi tarixə düşüb.
12 yanvar 1936 - Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.
12 yanvar 1949 - Yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan