Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xalq artisti, görkəmli teatr və kino xadimi, Dövlət mükafatı laureatı Əliabbas Qədirovun məzarını ziyarət edib.
Teatrın direktoru, Xalq artisti Azərpaşa Nemət sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatr sənətində xidmətlərindən və yaratdığı obrazlardan söz açıb.
Əməkdar incəsənət xadimi, rejissor Məhərrəm Bədirzadə, professor Rafiq Sadıqov, Əməkdar artist Ağalar Bayramov çıxış edərək Ə.Qədirovun sənət yolundan, pedaqoji fəaliyyətindən söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, Əliabbas Qədirov 1946-cı il fevralın 13-də Bakıda anadan olub. O, 1970-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, o cümlədən teatrın bədii rəhbəri və direktoru olub. Unudulmaz sənətkar 2006-cı ildə Bakıda vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar