Azərbaycan
22 aprel 1894 - Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Bir qalanın sirri" (Rəmmal), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (İsmayıl baba) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 - 10.5.1994) anadan olub.
22 aprel 1911 - Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
22 aprel 1942 - Görkəmli aktyor, rejissor Həsən Əbluc (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
22 aprel 1983 - Azərbaycanın ilk kino aktrisalarından İzzət Mirzəağa qızı Orucova (16.9.1909 - 1983) vəfat edib. "Sevil” (1929), "Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmlər doktoru, akademik olub.
23 aprel 1909 - Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhmədbəy oğlu Ağayev; 1909-1981) anadan olub.
23 aprel 1938 - Xalq artisti, rejissor, operator Vaqif Qulam oğlu Behbudov anadan olub.
23 aprel 1953 - Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub.
23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, hazırda Akademik Milli Dram Teatrında çalışır.
24 aprel 1866 - Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" qəzetinin yaradıcılarından olub.
24 aprel 1902 - SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
24 aprel 1945 - Əməkdar artist Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?», «Axırıncı aşırım» və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.
25 aprel 1905 - Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus dilindən ədəbi tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub.
25 aprel 1914 - Xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyev (1914 - 25.11.1994) Şəkidə doğulub. Şəki, Gəncə teatrlarında çalışıb, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.
25 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925-1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub. "Torpağın ətri", "Dağlar oğlu" və s. romanların müəllifidir.
25 aprel 1957 - Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı”, "Qorxma, mən səninləyəm", "Nizami", "Doğma sahillər" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Dünya
22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding; 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
22 aprel 1724 - Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724 - 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
22 aprel 1937 - Amerika aktyoru Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.
23 aprel 1616 - İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare, 26.4.1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
23 aprel 1616 - İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
23 aprel 1918 - SSRİ Xalq artisti Georgi Vitsin (1918 - 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev (1928-30.11.2013) anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit) , “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.
25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone) , “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.
Hazırladı: Vüqar Orxan