Azərbaycan

31 iyul 1954 - Əməkdar incəsənət xadimi, aktyor və rejissor Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Çukurova Universitetində (Adana) çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Sarı gəlin” və s. filmlərdə, teletamaşalarda yaddaqalan obrazlar yaradıb.

1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub.
1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
1 avqust 1929 - Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) (1929 - 15.1.2010) anadan olub.
1 avqust 1933 - Azərbaycanın və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda doğulub. 1968-ci ildən Azərbaycan Akademik Opera və Balet Teatrında, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrında quruluşçu və baş rejissor işləyib. Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1 avqust 1948 - Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 - 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 - 8.9.2005) Lerik rayonu Hoveri kəndində anadan olub. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair dərslik və monoqrafiyaların müəllifidir.
1 avqust 1960 - Kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. “Yarasa” filmi (1995) bir sıra festival və müsabiqələrdə mükafat qazanıb.
1 avqust 1961 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916, Gəncə - 1961) vəfat edib. Məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.

2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
2 avqust 1955 - Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manaf oğlu Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm”, “Sübhün səfiri” və s.
2 avqust 1969 - Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
2 avqust 1980 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.
2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
2 avqust 2009 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.

4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Bəxtiyar” (Rəcəbov), “Bir qalanın sirri” (həkim Eldostu), “Nəsimi” (Şeyx Əzəm), “Əhməd haradadır?” (Şirin), “Tütək səsi” (İsfəndiyar) və s.
4 avqust 1939 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 - 11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, teletamaşalarda maraqlı rollar oynayıb.
4 avqust 1943 - Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik Bakıda anadan olub. 1967-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “O qızı tapın”, “Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, filmlərin dublyajı və səsləndirilməsində iştirak edir.
4 avqust 1944 - Sənətşünaslıq doktoru, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Kübra Muxtar qızı Əliyeva doğulub.
4 avqust 1946 - Xalq artisti, tanınmış televiziya aparıcısı Rafiq Eyyub oğlu Hüseynov Şuşada anadan olub. 30 ilə yaxın Azərbaycan Televiziyasının əsas diktorlarından biri olub.
4 avqust 2008 - Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.

5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
5 avqust 1950 - Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-2011) Masallı rayonunun Xaççobanlı kəndində doğulub.
5 avqust 1958 - Folklorşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunun Alakol kəndində anadan olub. Aşıq sənətinə dair araşdırmaların, şeirlərin müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədri (2016-cı ilin martından), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavinidir.

Dünya

31 iyul 1866 - Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 - 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.
31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1914 - Fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas”, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.

1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
1 avqust 1923 - SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.
1 avqust 1942 - İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
1 avqust 1965 - Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.

2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki «Azadlıq» heykəlinin müəllifidir.
2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
2 avqust 1939 - Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.

3 avqust 1832 - Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.

4 avqust 1859 - Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Aclıq” psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Yazıçı Hitlerin pərəstişkarı kimi də tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.
4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.
4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiya Federasiyasının) Dövlət himninin musiqisinin müəllifidir.

5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.
5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.
5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.
5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın romanı üzrə), “Gecə Marqaritası” və s.
5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino Royal” və “Çin məhəlləsi” filmləri.
5 avqust 1962 - Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1.6.1926 - 1962) vəfat edib.
5 avqust 1987 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s.

Hazırladı: Vüqar Orxan