«Eurovision» TV-nin baş direktoru azərbaycanlı təşkilatçıların fəaliyyətindən razıdır
   
   Bütün Avropa tərəfindən diqqətlə izlənilən “Eurovision - 2009» rəqs müsabiqəsi 26 sentyabr 2009-cu ildə Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Bundan əvvəl də təşkilatçılar tərəfindən qeyd edildiyi kimi, bu il daha çox tamaşaçı auditoriyası, əvəzolunmaz və çox həyəcanverici televiziya şousu gözlənilir. Müsabiqəyə hazırlıq prosesinin necə getməsinə «Eurovision» TV-nin baş direktoru Byorn Eriksen aydınlıq gətirir.
   
   - Siz «Eurovision» rəqs müsabiqəsindən konkret nə gözləyirsiniz?
   - Bizim Azərbaycandan olan həmkarlarımız, yarışın təşkilatçıları sözün əsl mənasında böyük bir şou proqram təşkil etməyi planlaşdırırlar. Avropa tamaşaçısının qeyri-adi və heyranedici rəqs şousunu seyr etmək imkanı əldə edəcəyi “Eurovision - 2009” rəqs müsabiqəsi ilə bağlı yüksək və çox peşəkar səviyyədə hazırlıq işləri aparılır.
   - Proqramın necə keçiriləcəyi haqda konkret məlumatlar verə bilərsiniz?
   - Mən bu yaxınlarda şounun keçiriləcəyi səhnənin planını görmüşəm - bu, həqiqətən heyranedici idi! İlk növbədə mən səhnənin ölçülərini qeyd edəcəm. Onlar 63x43 metrdir ki, bu da çox möhtəşəmdir. Belə anlamaq olur ki, bu, tamaşaçıların rahat şəkildə şounu seyr edə bilməsi və bu həyəcanı daha ürəkdən yaşamaları üçün bir neçə hissəli səhnə və böyük səhnə arxası olacaq. Bu səhnə son «Eurovision» rəqs müsabiqəsindəki səhnə standartlarından da yüksəkdir. Səhnədə yaşananlar tamaşaçıya özünü gözəl və həyəcanverici məhəbbət hekayəsində hiss etməyə imkan verəcək. Əlavə olaraq onu da qeyd edim ki, 2009-cu il rəqs müsabiqəsində böyük TV-li açıq hava şousu da gözlənilir. Bu şou bütün iştirakçı ölkələrdə nümayiş olunacaq.
   - Müsabiqənin azərbaycanlı təşkilatçıları haqqında nə düşünürsünüz?
   - Onlar çox professional və yaradıcıdırlar. Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəqs Federasiyası və İctimai TV-dən olan nümayəndələrdən ibarət komanda həm hazırlıq, həm də təşkilati məsələləri yüksək səviyyədə həyata keçirir. Onlar şounu çox maraqlı və cəlbedici edən çox sayda ideya və yenilikləri masa üstünə qoyurlar. Şouya 4-5 ay qalmasına baxmayaraq, təşkilatçılar suvenir, hətta köynəklərin görkəminin necə olacağı da daxil olmaqla tədbirin dizaynını nümayəndə heyətinin rəhbərlərinin 26 aprel tarixində Bakıya etdikləri səfər zamanı bizə nümayiş etdiriblər.
   - Rəqs müsabiqəsi iştirakçılarının siyahısı artıq bəllidir?
   - Qəbul üçün son tarixin bu həftə olduğunu nəzərə alsaq, iştirakçıların rəsmi siyahısı da bu həftə bəlli olacaq. Hal-hazırda isə əlimizdə apreldə keçirilən təqdimat mərasimində iştirak etmiş Avropa İctimai Yayım Şurasının bəzi üzvlərinin təsdiq olunmamış siyahısı var.
   - Dünyada baş verən maliyyə böhranı yarışda iştirak məsələlərinə nə qədər təsir edib?
   - 2008-ci illə müqayisədə Avropa İctimai TV kanallarının öz büdcələrini, eyni zamanda əsas xərclərini müəyyən məbləğdə azaltdıqlarını nəzərə alaraq, biz və Azərbaycan tərəfi iştirak haqqının da azaldılması ilə bağlı bu ölkələri məlumatlandırmışıq. Maliyyə böhranını çox yaxşı anlayan azərbaycanlı təşkilatçılar iştirakçı ölkələr üçün əlverişli olacaq xüsusi güzəştlər təqdim edirlər. Misal üçün, hər birinin ayrı-ayrılıqda yazısı olacaq banerlərin hər biri Bakıda hazırlanacaq. Azərbaycan xüsusi ilə maliyyə böhranı zamanı artıq özünü stabil, mübariz və yaradıcı bir ölkə və tərəfdaş kimi sübüt edib. Azərbaycanlı tərəfdaşlarımız yarışın ən yüksək səviyyədə keçirilməsini, eyni zamanda onun daha çox ölkələrdə TV vasitəsi ilə nümayiş etdirilməsini təmin etmək məqsədi ilə uzaq yola çıxmaqdan belə çəkinmirlər.
   - Yarışda müəmmalı ulduz aparıcı hadqa söhbətlər gedirdi. Bu barədə nə deyə bilərsiniz?
   - Mən bilirəm ki, Azərbaycan tərəfi dünya səviyyəli ulduzlarla danışıqlar aparır. Sürpriz seçim çox maraqlı və gözlənilməzdir. Danışıqlar hələ davam edir. Mən hələ heç kəsin adını deyə bilmərəm.
   
   Hazırladı: Fidan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar