Qoçaq Əsgərov: ««Qarabağ şikəstəsi»ni oxuyanda zalda əyləşən özbəklər ağlayırdılar»
DOSYE:
Əslən Füzuli rayonundan olan Q.Əsgərov hələ uşaq yaşlarından muğam sənətinə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlib. A.Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Orada Vahid Abdullayevin sinfində oxuyub. 3 ildən sonra sənədlərini Azərbaycan Milli Konservatoriyasına təqdim edən Qoçaq 4 il Azərbaycanın xalq artisti Arif Babayevdən muğamın sirlərini öyrənib. 2007-ci ildə keçirilən birinci muğam müsabiqəsinin iştirakçısı olub və orada fəxri yerlərdən birini tutub.
Azərbaycan muğamlarının bütün dünyada tanınıb sevilməsi artıq məlum bir həqiqətdir. Son illər keçirilən beynəlxalq festivallarda ön yerləri tutmağımız da bunu bir daha sübut edir. 48 ölkənin iştirakçısı olduğu belə müsabiqələrdən bir də avqustun 25-də Səmərqənd şəhərində (Özbəkistan) baş tutub. VII "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı adlanan bu yarışmada ölkəmizi birinci muğam müsabiqəsindən tanıdığımız Qoçaq Əsgərov və «Xarı bülbül» qrupu təmsil edib. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan ifaçıları festivalın qran-pirisinin sahibi olublar.
Festivalla bağlı təəssüratlarını bölüşmək üçün Qoçaq Əsgərovu redaksiyamıza dəvət etdik və bizi maraqlandıran suallara da ətraflı cavab aldıq.
- Adıçəkilən festivalın ən vacib şərtlərindən biri fonoqramasız oxuya, yəni canlı ifaya yer verilməsi idi. İfaçılıq məharətinizi göstərdiniz və festivalın qalibi oldunuz. Çətin olmadı ki?
- Əlbəttə ki, yad səhnədə canlı ifa çətindir. Bundan öncə İngiltərədə keçirilən dünyamiqyaslı bir yarışmada da iştirak edəcəkdik. Ona görə də hər iki tədbirdə iştirak üçün çox ciddi hazırlaşmışdıq. Məsuliyyətimizi dərk edirdik. Özbəkistanda keçirilən festivalın ağır şərtlərindən biri də o idi ki, cəmisi 15 dəqiqə ərzində ifaçı öz bacarığını nümayiş etdirməli idi. 48 ölkənin təmsilçisinin iştirak etdiyi yarışmada çox güclü və peşəkar ifaçılar vardı. Burada hətta elə iştirakçı vardı ki, bir neçə dəfə həmin festivalın qalibi olmuşdu. Lakin biz ora çatanda festivalın təşkilatçısı Aida xanım dedi ki, birinci yer sizindir. Onu da qeyd edim ki, Azərbaycanı həmin yarışmada təmsil etmək üçün beş musiqi qrupu öz sənədlərini göndərmişdi. Ancaq festivalın müsiflər heyəti bizim iştirakımızı lazım bildi.
- Deyirsiniz ki, öz məharətinizi göstərmək üçün sizə cəmisi 15 dəqiqə vaxt verilmişdi. Maraqlıdır, belə qısa vaxtda qalib olmaq üçün hansı muğamı seçdiniz?
- Əslində əvvəlcə bizə yarım saat deyilmişdi. Sonra isə dedilər ki, ifa müddəti 15 dəqiqə olsa, daha yaxşı olar. Çünki vaxt çox olanda münsiflər bunu xaldan çıxırdılar. Mən «Mahur-hind»i, ardınca isə onunla eyni ladda olan «Heyratı» zərb muğamını ifa etdim.
- Azərbaycan muğamı Özbəkistanda necə qarşılandı?
- Qeyd edim ki, bu vaxta qədər neçə xarici ölkədə olmuşamsa, Azərbaycan musiqisini dinləyicilər ayaqüstündə qarşılayıblar. Özbəkistanda da çox yüksək səviyyədə qarşılandıq. 7 nəfərdən ibarət münsiflər heyəti müxtəlif ölkələrin musiqi sahəsi üzrə akademikləri idi. Gözlənilməz hal idi ki, 48 dövlətin içərisində yalnız bizim çıxışımızı münsiflər kamera ilə çəkirdilər. Digər maraqlı bir faktı da qeyd edim ki, Azərbaycan təmsilçilərinin çıxışı sonuncu idi. Bu da axşam saat 11-12 radələrinə təsadüf edirdi. Biz təşkilatçılardan xahiş etdik ki, yerimizi dəyişsinlər. Onlar bizə bildirdilər ki, tamaşaçılar Azərbaycan ifaçılarının çıxışını gözləyəcəklər. Çünki özbəklərin bizim muğamlara çox böyük marağı var. Müsabiqənin yekun konsertində biz «Qarabağ» şikəstəsini ifa etdik. Bu zaman zalda əyləşən özbəklərin ağladığının şahidi olduq.
- Deyilənə görə, hələ siz aeroportda olarkən deyirmişlər ki, festivalın qran-pirisinin sahibləri gəldi. Maraqlıdır, insanlarda sizin qalib olmağınıza bu qədər əminlik haradan yaranmışdı?
- Özbəklər Azərbaycan musiqisini çox sevirlər. Digər tərəfdən, bu yarışmanın adı VII "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı idi. Bu müddətdə bizim bir neçə təmsilçimiz - Alim Qasımov, Aygün Hümmətova birinci yeri tutub. Üçüncü dəfə də festivalın birincisi olmaq mənə qismət oldu.
- Festivalda Azərbaycandan başqa hansı ölkənin təmsilçiləri muğam ifa etdilər?
- Türkiyəli, iranlı ifaçılar da öz çıxışlarını muğam üzərində qurdular. Rusiya, Ukrayna və başqa slavyan ölkələrinin nümayəndələri isə özlərinin folklor nümunələrini təqdim etdilər.
Sonda müsahibimiz festival müddətində baş verən maraqlı bir hadisəni də danışdı. Onun dediyinə görə, tədbirdə iştirak edən ermənilər Şirzad Fətəliyevə («Xarı bülbül» qrupunun üzvü) məxsus nəfəsli alət - zurnanı hansısa bir mahnını ifa etmək üçün istəyiblər: «Amma biz onların müraciətinə məhəl qoymadan festivalın keçirildiyi məkanı tərk etdik». Q.Əsgərovun dedyinə görə, ermənilərin repertuarı da plagiatlıqdan xəbər verirmiş. Belə ki, türk mahnısı olan «Narın-narın» və ardınca bir neçə Azərbaycan mahnılarından kiçik elementləri oğurlayan ermənilər repertuarlarını bu şəkildə tamamlayıblar. Lakin münsiflər heyəti onların fonoqrama ilə ifa etdiklərini görüb çıxışlarını zəif balla qiymətləndirib.
Fəxriyyə ABDULLAYEVA