Prezident İlham Əliyev iyunun 4-də Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
   Prezident İlham Əliyev Xalq şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xəlil Rza Ulutürkün 80 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar