Hamıya yaxın kitaba tele-baxış
Az.TV-nin “Mədəniyyət” kanalının direktor müavini, professor İlham Rəhimli ilə müsahibəmizin əsas mövzusu bu oldu.
- İlham müəllim, “köhnə” kitablar tərbiyəsindən çıxmış köhnə oxucu səmimiyyətilə deyim ki, mən son bir ayda kitab oxumağa macal tapmamışam, bəs Siz?
- Mən hər gün kitab oxuyuram. Kitab oxumadığım gün yadıma gəlmir. Bədii, sənətə aid kitab, fəlsəfə tarixi ilə daha çox maraqlanıram.
- Məncə, son illər kitaba maraq dövlət, hökumət tərəfindən daha çoxdur, nəinki xalq tərəfindən. Bəs Sizcə?
- Ümumilikdə xalqı yox, cavanları bir az günahlandırmaq olar. Bu isə elektron aləmlə bağlıdır. İnternet kitaba marağın qarşısını alır. Və elə buradaca qeyd edim ki, internetlə kitab oxumaq mənə çatmır. Çünki insan ən ülvi duyğularıyla ikilikdə olanda daha səmimi olur, daha dərindən düşünə bilir. Şəxsən mən kitabdan daha çox ləzzət alır, daha çox duyğulanıram.
- Bəlkə internetdə həm də texnikanın müdaxiləsi olduğuna görə belədir? Yəni, kitabla adam başabaş - sevgili bir “duel”də qalır...
- Bundan əlavə, kompyuterin geniş imkanları bəzən elə geniş də fəsadlar törədir. Hazırda mən bir ensiklopediya üzərində işləyirəm. Yazıçıların, sənət adamlarının, rəssamların yaradıcılıqları ilə maraqlanıram. Görürəm ki, internetdə olan məlumatların ən azı 10-15 faizi - xüsusən də tarixçələr - səhvdir. Amma kitabda belə səhv ola bilməz. Çünki hər kitabı nəşriyyatda xüsusi redaktor, xüsusi korrektor, məsul cavabdeh insanlar oxuyur və əgər bir səhv gedərsə, bu haqda son səhifədə məlumat verilir. Mən əsərləri kitab kimi oxumağın tərəfdarıyam. İnternetdə əlacsızlıqdan oxumaq olar. Əgər sən kitabı kitabxanadan götürüb oxuya bilərsənsə, niyə də oxumayasan?
- Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Bir irfan adamı kimi bu tədbirdən nə gözləyirsiniz?
- Son bir neçə ildə kitabla bağlı da çox böyük tədbirlər keçirilir. Buraya Azərbaycanın iştirak etdiyi beynəlxalq tədbirləri də əlavə etməliyik. Biz “Kitab köşkü” adlı proqramımızda nazirliyin və Axundov adına Respublika Kitabxanasının keçirdiyi tədbirləri vaxtaşırı olaraq işıqlandırırıq. Bunlar hamısı onu göstərir ki, Mədəniyyət və Turizm Nazirliyi kitabın təbliği istiqamətində böyük işlər görür. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da bunun çox ciddi bir formatda davamıdır. Zahirən kitabın təbliği kimi təzahür edən bu tədbirin bir neçə tərəfi var: birincisi, dünyanın çox yerindən bura gələn insanlarda bu və ya digər obyektiv-subyektiv informativ səbəblərdən yaranmış və “məxsusi” yaradılmış “Azərbaycan təəssüratı”ını fikrən əyani korrektə etmək, irrasional düşüncələri rassionallaşdırmaq, naxoş meylləri xoş istiqamətə yönəltmək və sair. Yəni ölkənin mədəni, ictimai, sosial həyatıyla tanış olan hər bir əcnəbi - bəlkə də Azərbaycana ilk dəfə gələn, xəritədə Azərbaycanı tapa bilməyən adam öz ölkəsinin televiziya və qəzetləri vasitəsilə ölkəmiz haqda, xalqımızın tərəqqiyə, elmə, mədəniyyətə meyli barədə öz sözlərini deyəcək. Ən əsası da odur ki, kitabı sevənlər bir yerə toplaşacaqlar, hər kəs “öz guşəsində” öz maraqları ilə rastlaşacaq. Bunlar çox ciddi milli-mədəni olaylardır. Bəzən çap olunan kitablar haqqında məlumatımız olmur. “Mədəniyyət” kanalı nəşriyyatlarla əlaqə saxlayır, yeni nəşr olunan kitabların siyahısını götürür, vaxtı gəldikcə onları əldə edib, təbliğinə başlayırıq. Bütün bunlardan bir az xəbərsiz olan geniş oxucu kütləsi bu sərgi-yarmarka sayəsində müfəssəl məlumatlandırılacaqlar.
- Sözü sizin, ümumilikdə Azərbaycan telekanallarının kitaba münasibəti mövzusunda davam etdirmək istərdim.
- O biri telekanalları deyə bilmərəm, amma mən televiziyaya gələn gündən daha çox bu qayğı üstə köklənmişəm. “Zəka nuru” verilişi açmışıq. Onun bir bloku “Kitab köşkü” adlanır. Bir ayda iki dəfə mütləq respublikada nəşr edilən - sahəsindən asılı olmayaraq - yeni kitabları təbliğ edir, ictimai intellektə daha böyük uğur gətirən kitablar haqda daha ətraflı məlumat verir, bəzən, onlara ayrıca bir veriliş həsr edirik.
Televiziyada kitab təbliğinə dair müxtəlif xarakterli verilişlər olmalıdır. Bizim “Mədəniyyət” kanalında “Poeziya” verilişi də var - indiyədək 100-dən çox buraxılışı gedib. Elə orada da kitablar təbliğ olunur. “Klassik irsimizdən” proqramı da həmçinin. “Kitab köşkü” verilişində həm bədii, həm də sahə ədəbiyyatları haqda vaxtaşırı məlumatlar veririk. Ədəbiyyatımızı, milli-mənəvi sərvətimizi, bütövlükdə isə bəşəriyyətin bu ən ortaq xəzinəsini müxtəlif səpkilərdə təbliğ etməyə çalışırıq.
- Söhbətinizdəki notlardan belə başa düşdüm ki, müasir dövrümüzdə kitaba, mütaliəyə maraq bu gəzəri, “əql bəzəri” abidəyə layiq deyil. Sizcə, elə onlardan birinin adıyla desək, bu məsələdə “kimdir müqəssir” - istehlakçılar, yoxsa istehsalçılar?
- Həyatın ritmi indi çox dəyişib. Əvvəllər cəmiyyətin ritmində tələbə ordusunun və orta təbəqənin səsi daha güclü idi. Həmin təbəqələr güclü olduğu üçün “hava” da onların sifarişi ilə çalınırdı. İndi çox çevik ziyalılıqla çox durğun qeyri-ziyalılıq arasında aktiv yarış yox, təəssüf ki, passiv bir barış gedir...
Söhbətləşdi:
Tahir Abbaslı