Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi bölgələrdə səyyar yay kurslarının növbəti mərhələsinə start verib.
   
   Mərkəzin direktoru Ramazan Şabanov bildirdi ki, budəfəki səyyar kurslar muzey əməkdaşları üçün nəzərdə tutulub: “Öncəki təlim kursları kitabxana və klub müəssisələri işçiləri üçün keçirilmişdi. İyulun 3-də Gəncə şəhərində başlayan kurslar isə ümumi orta və qeyri-ixtisas təhsilli muzey əməkdaşları üçün nəzərdə tutulub. 40 nəfərə yaxın dinləyicinin iştirak etdiyi kurslara 10 gün ərzində müasir təlim metodları ilə “Muzey işinin təşkili və təkmilləşdirilməsi”nə dair 12 nəfərdən ibarət müəllim və professor heyəti tərəfindən nəzəri məlumat veriləcək, təcrübə mübadiləsi aparılacaq”.
   İyulun 12-dək davam edəcək təlimlərə Gəncə və ətraf bölgələrdən - Goranboy, Göygöl, Samux, Naftalan və Daşkəsəndən muzey işçiləri cəlb olunub.
   İyulun 19-dan 28-dək Şəki və ətraf bölgələrin muzey işçiləri üçün kursların keçirilməsi nəzərdə tutulub. Payız aylarında isə digər bölgələrdə səyyar kurslar təşkil ediləcək. R.Şabanov bildirdi ki, bu formatlı kurslar bölgələrdə muzey işinin daha yaxşı təşkilinə imkan verəcək. Həmçinin işçilərə vəzifə öhdəliklərini layiqincə yerinə yetirmələri ilə bağlı vacib nəzəri və praktiki biliklər aşılayacaq.    

   Reyhan 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar